Berti Foqts Roberto Karlosla görüşüb
Tarix: 14.01.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Yanvarın 10-dan etibarən Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliya millisinin əfsanəvi futbolçusu Roberto Karlosla görüşüb. Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləmək üçün qardaş ölkəyə yollanan almaniyalı mütəxəssis tanınmış simalarla da bir araya gəlir.
Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Superliqasında çıxış edən, millimizin üzvü Cihan Özkaranın da formasını geyindiyi “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşdə də fikir mübadiləsi aparıb. Qeyd edək ki, Berti Foqts və onun köməkçisi Volfqanq Rollf “Simurq”un baş məşqçisi Georgi Çixradze ilə də görüşüb, həmçinin komandanın məşqini izləyib. Almaniyalı mütəxəssis daha öncə "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın oyunlarını və məşqlərini izləyib, komandaların baş məşqçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info