“Avropa İttifaqı Misir xalqını bundan sonra da dəstəkləyəcək”
Tarix: 14.01.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Misirdə yeni konstitusiyaya dair referendum keçiriləcək. Bu ərəfədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Avropa İttifaqı Misir xalqının 2011-ci il yanvar inqilabının məqsədlərinə nail olmaq səylərini bundan sonra da dəstəkləyəcək. Yerli KİV-lər Ketrin Eştonun bəyanatına istinadla xəbər verirlər ki, həmin sənəddə deyilir: “İnsan ləyaqəti, sosial ədalət, təhlükəsizlik, demokratiya, insan hüquqları və iqtisadi vəziyyətin yaxşılaşdırılması Misirin məqsədləri olaraq qalır və Avropa İttifaqı bu məqsədlərə nail olmaq səylərini dəstəkləyir”.
Avropa İttifaqının ali nümayəndəsinin fikrincə, həm referenduma qədər, həm də ondan sonra konstitusiya prosesi ölkədə demokratik seçkilər, gələcək parlamentdə müxtəlif siyasi baxışların ədalətli təmsil olunması, hökumətin və dövlət müəssisələrinin hesabat verməsi, habelə təhlükəsizliyin möhkəmlənməsi və ümumi inkişaf yolunda yeni siyasi dialoq və qarşılıqlı fəaliyyət üçün şans verə bilərdi.
K.Eşton yaxın keçmişdə Misirə və onun xalqına qarşı terror aktlarını birmənalı şəkildə pislədiyini və bundan sonra da pisləyəcəyini xatırladaraq vurğulayıb: “Bununla belə, əminəm ki, indiki böhrana sərt münasibət Misirin gələcəyini yaxşılaşdırmağa kömək etməyəcək və öz fikrini ifadə etmək azadlığına ciddi mane ola bilər”. K.Eştonun sözlərinə görə, Avropa İttifaqı Misiri demokratik dəyərlərə, insanın əsas azadlıqlarına və hüquqlarına hörmət bəsləyən tərəfdaş və müasir dövrün bir sıra problemlərini onunla birgə həll edə biləcək bir qonşu kimi görmək istəyir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info