“Avrozonaya daxil olması Latviyanın nüfuzunu artıracaq”
Tarix: 14.01.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Latviya avrozonaya daxil olmaqla öz nüfuzunu artıracaq və sərmayədarların diqqətini daha çox cəlb edəcək”.
Bunu Latviyanın avrozonaya daxil olması münasibətilə Riqada keçirilən qəbul zamanı Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib. J.Barrozu Latviya vətəndaşları qarşısında baş əydiyini bildirib. O, baş nazirin qətiyyətini və onun avronun hətta çətin anlarda Latviyada tətbiq ediləcəyinə inamını alqışlayıb. J.Barrozu qeyd edib ki, Latviyanın avrozonaya daxil olması V.Domrovskisin səylərinin nəticəsidir. Ölkə inkişafla bağlı işləri davam etdirməli, öz təcrübəsini Avropa İttifaqının digər ölkələri ilə bölüşməlidir. Onun sözlərinə görə, avrozonaya daxil olmaq iqtisadi amildən daha böyük əhəmiyyət daşıyır: “Bu, sahibkarların, səyahətə çıxanların həyatını yaxşılaşdıracaqdır. Latviyanın nüfuzu yalnız ona görə güclənəcəkdir ki, o, dünyanın ən nüfuzlu valyutalarından birindən istifadə edir”. J.Barrozu həm də hesab edir ki, Latviyada gənclərin dəstəklənməsi və rifahın yüksəlməsi üçün əlverişli şərait yaranacaq. Herman van Rompuy da əminliyini bildirmişdir ki, yeni valyuta Latviyaya həm siyasi, həm də iqtisadi üstünlüklər gətirəcəkdir, çünki onu Avropanın orbitinə daxil edəcək və xarici amillərə müqavimətini artıracaq. Qeyd edək ki, Latviya vahid Avropa valyutasının işləndiyi Avropa İttifaqının 18-ci üzvü olub. Yanvarın 1-dən lat rəsmi kurs üzrə vahid Avropa valyutası ilə əvəzlənib.





 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info