“Ermənistanda şəhərli gənclərin yarıdan çoxu işsizdir”
Tarix: 14.01.2014 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Ermənistanın şəhərli gənclərinin yarıdan çoxu işsizdir. Onlar iş axtarırlar, amma tapa bilmirlər. Bu barədə erməni saytları xəbər verirlər. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, Ermənistanın 65 yaşdan yuxarı 317 min nəfərlik əhalisinin yalnız 4 mini himayədədir.
Ermənistan əhalisinin mövcudluğunun əsas mənbəyi himayə sayılır. 2011-ci ildə əhalinin siyahıyaalınmasına görə, Ermənistan əhalisinin 43 faizi öz qohumları tərəfindən edilən himayə nəticəsində təmin olunurlar.Himayə altında olanların mütləq sayı 1 milyard 300 min nəfər təşkil edir ki, onların 544 min nəfərini uşaqlar və 14 yaşına qədər olanlar təşkil edir. Əlamətdardır ki, çox da yaşlı olmayan(64 yaşa qədər) əhali arasında himayə altında olanlar 4 min nəfərdir. Halbuki bu yaşda olanlar Ermənistanda 317 min nəfərdir. Bu da onu göstərir ki, ahıllar müstəqil surətdə yaşayışlarını təmin edirlər və ya da onlar pensiya ilə birtəhər dolanırlar. 15-24 yaş arası gənclər işsiz gənclər arasında çoxluq təşkil edir. Halbuki bu yaş qrupuna daxil olanlar tam əməkqabiliyyətli yaşa mənsubdurlar. Onların ümumi sayı 525 min nəfər təşkil edir, onlardan 323 min nəfəri himayə altındadır. Ermənistanda orta yaşda olan hər dörd nəfərdən biri himayə altında yaşayır. O da həyəcan təbili çalmağa əsas verir ki, 25-54 yaş arası vətəndaşlardan 363 min nəfəri kiminsə himayəsi altındadır. Bunların çoxu üçün himayə əsasən valideynlər tərəfindən edilir. Bu himayə altında olanlar öz yaş qruplarının 26 faizini təşkil edirlər. Onların ümumi sayı isə 1 milyon 384 min nəfərdir. Şəhərli gənclərin yarıdan çoxu işsizdir.
Bu, çox yüksək bir göstəricidir ki, aktiv əmək yaşında olan hər dörd Ermənistan vətəndaşından biri valideyn himayəsi altındadır. Ermənistanda çox az adam sahibkarlıqla məşğul olur. 580 min nəfərə yaxın insanın yaşayışı üçün əsas mənbə muzdlu iş sayılır. Bunlar əhalinin 19,3 faizini təşkil edir.
Təhlükəli məqamlardan biri odur ki, Ermənistanda çox az adam sahibkarlıqla məşğul ola bilir.
Beləliklə, Ermənistan əhalisinin əsas gəlir mənbələrini bu cür sıralamaq olar: dövlət himayəsi - 1,2 faiz, pul yardımı - 1,8 faiz, dövlət və qeyri-dövlət orqanları- 2,2 faiz, digər sahələrdə özfəaliyyət - 2,6 faiz, digər mənbələr - 6,8 faiz. Kənd təsərrüfatında özfəaliyyət - 9,8 faiz, pensiya, stipendiya - 13,4 faiz, muzdlu iş - 19,3 faiz, himayə altındakılar - 42,9 faiz təşkil edir.
İlkin AĞA




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info