Müəllimlər üçün əməkhaqqı və mükafatlandırma sistemi yaradılır
Tarix: 14.01.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması istiqamətində işlərə başlayıb. Nazirlikdən verilən xəbərə görə, Azərbaycan hökuməti təhsil sektorunun inkişafı üzrə ikinci layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb.
Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir. Xidmətin icra müddəti 12 aydır.
Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən məlumatları və sənədləri təqdim etməlidirlər. Məsləhətçi təşkilat təhsil tədqiqatları sahəsində, insan resurslarının idarə edilməsi, xüsusən də əmək haqqı sistemini əhatə edən layihələrdə təcrübəyə, Azərbaycanda və ya digər iqtisadi cəhətdən oxşar ölkələrdə təhsil sahəsində məsləhətçi xidmətlərinin göstərilməsi üçün lazım olan ixtisaslı heyətə və digər resurslara malik olmalıdır. Təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır. Maraqların ifadəsi yazılı şəkildə yanvarın 29-dək Təhsil Nazirliyinə təqdim edilməlidir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info