Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub
Tarix: 14.01.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Türkiyənin “Ötüken” nəşriyyatı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” adlı monoqrafiyasını çap edilib.
Türkiyə oxucularına təqdim olunan bu tədqiqat əsəri mötəbər mənbələrdən götürülmüş və böyük bir hissəsi elmi dövriyyəyə ilk dəfə buraxılmış zəngin yerli və xarici materiallardan, elmi əsərlərdən və internet resurslarından istifadə edilməklə ərsəyə gəlib. Monoqrafiyada dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi il ərzində Azərbaycanda milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirilən siyasət elmi-nəzəri cəhətdən dərindən araşdırılıb. Kitabda Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır. Əsərdə ölkənin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, bu istiqamətdə həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri tədqiq edilir, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi parametrlər əsasında qiymətləndirilir. Monoqrafiyada ayrıca olaraq, Azərbaycan Respublikasının geosiyasi kodunun, təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi məsələlər təhlil olunur, dövlətin inkişaf perspektivləri, təhlükəsizlik sahəsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi və s. transmilli layihələrin təhlükəsizliyinin təmin edilməsinin vacib aspektləri araşdırılır. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun milli təhlükəsizliyə təsiri məsələsinə də xüsusi diqqət yetirib. Əsərdə qloballaşmanın, eləcə də regionda yaşanan müasir transmilli proseslərin tələbləri və çağırışları fonunda ölkənin həyati əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təhlükəsizliyinin təminatı məsələləri də araşdırılır, yürüdülən təhlükəsizlik siyasətinin real səviyyəsi tədqiq olunur, səmərəliliyi qiymətləndirilir və çevik, praqmatik təhlükəsizlik fəaliyyətinin zəruriliyi əsaslandırılır. Bundan başqa, Azərbaycanın milli inkişafı və təhlükəsizliyini təhdid edə biləcək yerli, regional və qlobal proseslər, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi vəziyyət elmi-siyasi cəhətdən araşdırılır, proqnozlaşdırılır və müvafiq tövsiyələr verilir. Bu əsər professor Əli Həsənovun Türkiyədə nəşr olunan sayca ikinci kitabıdır. Bundan əvvəl onun “Geopolitika” adlı monoqrafiyası qardaş ölkənin oxucularına təqdim olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info