ARDNŞ: Yeni tikiləcək zavodların əraziləri təmizlənir
Tarix: 14.01.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni Neft-qaz emalı və neft-kimya Kompleksinin inşa ediləcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri həyata keçirilir. Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, yaxın vaxtlarda kompleksin inşası üçün ayrılmış ərazidə torpaq-tikinti işlərinin aparılması və inşaat texnikasının cəlb edilməsi nəzərdə tutulub.
Həmin ərazilərin müəyyən hissəsi bir vaxtlar SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olub. Hazırda qeyd olunan torpaq sahələrində mina və partlamamış hərbi sursatların olması ehtimalı araşdırılır. Bununla əlaqədar yerli və beynəlxalq təcrübə nəzərə alınıb və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) detallı araşdırmanın həyata keçirilməsi işlərinə cəlb edilib. ANAMA tərəfindən 30 hektarlıq ərazidə əməliyyat işləri aparılıb, 50 hektarlıq ərazidə isə işlərə başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info