Bakıda “Kəhrəbalı Litva” sərgisi keç iriləcək
Tarix: 14.01.2014 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Bakıda Litvada turizmin inkişafına və perspektivlərinə həsr olunmuş tədbir keçiriləcək. Litvanın Təsərrüfat Nazirliyi yanında turizm üzrə dövlət departamenti və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi tədbir yanvarın 14-də baş tutacaq.
Tədbirdə Litvanın Təsərrüfat Nazirliyi yanında turizm üzrə dövlət departamentinin direktoru Raymonda Balnene iş adamlarını və şirkət nümayəndələrini “Kəhrəbanın ümumdünya yolçuluğu” adlı unikal beynəlxalq layihə və turizm sektorunun xəbərləri ilə tanış edəcək. Qonaqlar - Litva kurortlar Assosiasiyasının direktoru Yurgita Kazlauskene və Litvada səhiyyə turizmi klasterinin nümayəndəsi Qrajvidas Morkus isə turizm sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Tədbirdə giriş sözü ilə Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte çıxış edəcək. Tədbirdə həmçinin kəhraba məhsullarından ibarət “Kərhəbalı Litva: özünüz üçün harmoniya açın” adlı sərgi keçiriləcək. Litvanın Azərbaycandakı səfirliyinin məlumatına görə, hər il Azərbaycandan Litvaya səfər edənlərin artır. Statistikaya əsasən 2011-ci il ilə müqayisədə 2012-ci ildə Litvaya səfər edən turistlərin sayında 76% artım qeydə alınıb. 2013-cü ildə isə müvafiq göstərici 55% artıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info