Naxçıvan avtomobil zavodu “Lifan“ avtomobillərinin ixracına başlayır
Tarix: 14.01.2014 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə Çinin "Lifan" şirkəti arasında Azərbaycan tərəfinə məhsulun üçüncü ölkəyə, o cümlədən Gürcüstana və Orta Asiya ölkələrinə satışına icazə verən yeni müqavilə imzalanıb. Sənəd NAZ-ın nümayəndə heyətinin Çuntsinə səfəri çərçivəsində imzalanıb. NAZ-ın rəhbəri Musa Abdullayev deyib ki, Azərbaycan zavodunun texniki mütəxəssisləri respublikada komplektləşdirilən hissələrin istehsalının mərhələli lokallaşdırılmasının planını hazırlayırlar.
Eləcə də, Azərbaycanda "Lifan" avtomobillərinin servisinin yaxşılaşdırılması üçün Çin şirkəti ölkə regionlarından birində servis mərkəzi tikəcək.
Abdullayev bildirib ki, bu il Azərbaycanda 2500-3000 ədəd "Lifan" avtomobillərinin istehsalı planlaşdırılır. May ayından ölkədə "Lifan"ın üç yenilənmiş modelinin yığımına başlanacaq.
Görüş zamanı Çin tərəfi Azərbaycan rəhbərliyinin Azərbaycan-Çin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsində, ölkədə biznesin inkişafı üçün əlverişli şəraitin yaradılımasında rolunu yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycanın siyasəti onun iqtisadi inkişafına kömək edir və onun regionda liderliyini təsdiqləyir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info