İranda müalicə xərcləri 41 faizdən çox artıb
Tarix: 14.01.2014 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


İranda ailələrin dərman və müalicə xərcləri ötən 10 ay ərzində 41 faizdən çox artıb. Bunu İranın sosial rifah, əmək və korporasiya naziri Əli Rəbii deyib. Bu barədə “İRNA” agentliyi xəbər verib.
Rəbii bildirib ki, dərman və müalicə xərcləri bir ailənin orta gəlirinin 70 faizini təşkil edir.
O, ölkənin sosial rifahının təmini üçün əhalinin sığotalanması prosesinin Avropa standartlarına uyğun həyata keçirilməsinin zəruriliyi vurğulayıb.
Rəbii deyib ki, hazırda ölkənin ən böyük sığorta şirkəti olan "Sığorta Təminatı" əhalinin 37 milyon nəfərini sığortalayıb: "Həmin şirkət əhalinin dərman və müalicəsi üçün öhdəliklərini tam yerinə yetirə bilmir, həkimlər və apteklər də bu şirkətin sığortaladığı şəxslərə xidmət göstərməkdən boyun qaçırır".
İran KİV-nin məlumatına görə, hazırda bu ölkədə əhalinin 13 milyon nəfərindən çoxu heç bir sığorta şirkəti tərəfindən sığortalanmayıb. Onlar daha çox əyalətlərdə və kəndlərdə yaşayanlardır, müalicə xərclərinin ödənilməsi üçün də iqtisadi durumları bir o qədər yaxşı deyil.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan və İranın maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Həmin sanksiyalar milli valyutanın dəyərinin düşməsinə təsir etməklə yanaşı, ölkəyə bəzi dərman preparatlarının idxalı üçün də problemlər yaradıb. Belə ki, son vaxtlar, İran KİV-nin məlumatına görə, ölkə bazarında bəzi yoluxucu, xərçəng, diabet və digər ağır xəstəliklərin müalicəsi üçün lazım olan 90 növ dərman preparatını tapmaq çətinləşib və onların qiymətləri artıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 936-ya çatıb
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info