Bu il Ümumdünya Poçt İttifaqı yubileyini qeyd edəcək
Tarix: 14.01.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


2014-cü ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) 140 illik yubileyini qeyd edəcək. ÜPİ-nin XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə ittifaqın yaranması günü - oktyabrın 9-u hər il bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu tarix 1969-cu ildə Yaponiyanın Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan edilib.
ÜPİ-nin məlumatına görə, poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən artıq ölkəsi tərəfindən müxtəlif formalarda qeyd edilir. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər. Bəzi poçtlar isə həmin gündə işçilərini yaxşı xidmətlərinə görə mükafatlandırırlar.
Bir çox ölkələrdə qədim və yeni markalardan ibarət filatelist sərgilər təşkil olunur. Bir çox poçt administrasiyaları isə belə bir gündə beynəlxalq poçt bayramını əks etdirən köynəklər və döş nişanları kimi xüsusi suvenirlər hazırlayırlar. Həmçinin təqvimin beynəlmiləl günündə poçt şöbələri tərəfindən ictimai yerlərdə xüsusi plakatlar quraşdırılır, poçt mərkəzlərində “Açıq qapı” günü, konfrans, seminar və digər tədbirlər təşkil edilir.
Bu münasibətlə hər il “Azərpoçt” MMC tərəfindən də bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Ümumdünya Poçt İttifaqının yaranma gününü tarixiləşdirən xüsusi təqvim ştempelləri hazırlanır, poçt markalarından ibarət sərgi təşkil edilir, yeni poçt şöbələri istifadəyə verilir və s.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info