Bölgələrdə məktəb və uşaq bağçaları Günəş enerjisi ilə təminat sisteminə keçirilib
Tarix: 14.01.2014 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Biləsuvar rayonunda 6 məktəb və 6 uşaq bağçası özünü günəş enerjisi ilə təmin etməyə başlayıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatına görə, agentlik Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeni layihələr həyata keçirib. Belə ki, Dövlət Agentliyi Biləsuvarda qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 6 məktəb və 6 uşaq bağçasının elektrik enerjisi və istilik enerjisi ilə təminatının alternativ enerji hesabına ödənilməsi layihəsini həyata keçirib. Bu məktəb və bağçalarda istilik və elektrik enerjisi öz hesabına - məktəb və bağçalarda quraşdırılmış günəş panelləri və istilik nasosları vasitəsi ilə ödəniləcək. Bundan başqa, Dövlət Agentliyi bu rayondakı məktəb və bağçaların yenidən qurulması və məktəblərdə yeni qazanxana binasının tikintisini də öz üzərinə götürüb. Agentlikdən bildiriblər ki, bu inzibati binalar tikilərkən orada istilik sistemi quraşdırılmayıb: «Uzun illər istifadədən sonra məktəb və bağçaların taxta döşəmələri yararsız hala düşüb, şüşələri tək qat qalıb və çoxu sınmış vəziyyətdə olub. Bağçalarda isə beton döşəmə çöküb, qapıların hermetikliyi aşağı səviyyədə idi. Bu bağçalarda heç istilik sistemi də quraşdırılmamışdı».
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi layihəni həyata keçirdikdən sonra qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki məktəb və bağçalarda döşəmələr yenisi ilə əvəz olunub, isti döşəmə sistemi çəkilib, təkqat şüşələr ikiqat şüşələrlə əvəz olunub, sınmış şüşələr dəyişdirib, qapılar əvəzlənib. Bundan başqa, məktəbdə yeni qazanxananın tikintisi, elektrik sisteminin dəyişdirilməsi və inzibati binaların təmiri həyata keçirilib. Məktəbin sinif otaqları və digər otaqların döşəməsində laminat, dəhlizdə və bufetdə isə metlaxdan istifadə olunub. Bundan başqa, burada yeni müasir qazanxana tikilərək istifadəyə verilib. Məktəb və bağçanın istilik sistemini qazanxana ilə əlaqələndirmək üçün dəmir borulardan istifadə olunub. Hər bir qazanxanada ümumi gücü 49,5 KVt olan 198 ədəd günəş paneli və ümumi gücü 135 KVt olan 3 ədəd istilik nasosları quraşdırılıb. Layihə üzrə ümumi olaraq 1 188 günəş paneli (ümumi güc - 297 KVt) və 18 ədəd istilik nasosu (ümumi güc - 810 KVt) istifadə edilib.
Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonunun qaçqın və məcburi köçkünləri üçün salınmış 6 qəsəbədə 6 məktəb və 6 bağçada alternativ enerji mənbələri hesabına istilik və enerji təchizatı layihəsi Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənib. Artıq bu ilin əvvəlindən məktəb və bağçalar istifadəyə verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info