Suriyalı ermənilər: “Yağışdan çıxıb yağmura düşdük”
Tarix: 14.01.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Lragir”: “Hökumət Suriya ermənilərinin Ermənistanda qalması üçün heç bir şərait yaratmır”

Ermənistana Suriyadan köçüb gəlmiş məcburi repatriantlar zorla orduya xidmətə göndərilir. Bu barədə erməni saytı olan “Lragir” xəbər verir. Diaspor naziri isə onları bu məsələdə bu cür tovlayıb: “Əgər vətəni qorumasaq, türklər bizi yeyərlər”.
Suriya ermənilərinin problemlərinin Diaspor Nazirliyində müzakirəsi zamanı nazir Qranuş Akopyana suallar həm də “Facebook” vasitəsilə ünvanlanıb. Suriya ermənilərindən biri belə bir sual verib ki, Ermənistan hökuməti Suriya ermənilərinin Ermənistana tranzit ölkələrdən biri kimi baxmasına necə yanaşır. Sual verən erməni hesab edir ki, hökumət Suriya ermənilərinin Ermənistanda qalması üçün heç bir şərait yaratmır.
Erməni nazir isə bu suala cavabda Errmənistanı tərifləməyə başlayıb və suriyalı erməniləri burada qalmağa səsləyib. Nazir deyib: “İsveç düşərgəsində müsəlman suriyalı erməniyə zərbə endirib və onun başını yarıb. Xaricdə bizi balla qarşılamırlar, ona görə də deyirəm ki, iş vermək lazımdır ki, qaçqın yaranmasın. Başqa yerləri unudun, diqqətinizi Ermənistanı necə qurmağa yönəldin. Xaricdə sizə ayaqda durmağa 10 il lazımdır. Bu, sizə lazımdırmı?”
Gənc suriyalı erməni orduda xidmətlə bağlı sual verib. Pasportun verilməsi üçün 28 yaşdan aşağı olan suriyalı erməniləri orduda xidmət etməyə məcbur edirlər. Buna görə də suriyalı erməni belə bildirib: “Yağışdan çıxıb yağmura düşdük”.
Nazir isə bu sualdan hiddətlənib: “Ermənistan ordusunda xidmət etmək mərmiyə düşmək deyil. Əgər vətəni qorumasaq, türklər bizi yeyərlər. Siz ki qadın deyilsiniz, qorxursunuz”.
Erməni nazir əlavə edib ki, əgər Ermənistana gələn erməni Suriyada xidmətdə olmayıbsa, onda onun Ermənistan ordusunda xidmət etməsində pis heç nə yoxdur.
Bundan başqa digər suriyalı ermənilər də müzakirədə narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, 17 ay müddətində Ermənistan hökuməti suriyalı ermənilərə heç bir dəstək göstərməyib. Nazir isə deyib ki, psixoloji baxımdan gərgin olanlar bu cür şikayət edir. O, narazılıq sədaları altında iddia edib: “Dövlət lazım olanları edir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info