Almaniyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
Tarix: 14.01.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Almaniyanın Bad Salzuflen şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Almaniyanın Nordrhein-Westfalen federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilmiş anım mərasimində Hannover, Hamburq, Minden, Herfordvə Almaniya Federativ Respublikasının digər şəhərlərindən gəlmiş 120-dən çox həmyerlimiz, türk diasporunun nümayəndələri və alman qonaqları iştirak etmişlər. Tədbir zamanı qanlı 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib. Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva tədbiri giriş sözü ilə açıb. Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutlayad edilib. Tədbirdə iştirak edən “Xəzər” Alman- Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev, Bielefeld şəhərində yaşayan həmvətənimiz Elşən İsmayıllı, ağsaqqal Ramazan Məmmədov, türk diasporunun nümayəndəsi İsmayıl Nefis, iş adamı Adem Yavuz Tumay, Nordrhein-Westfalen Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin üzvü Faiq Məmmədov və digərləri çıxış edərək Sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət haqqında qonaqlara məlumat veriblər. Daha sonra 20 Yanvar hadisələri ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb. Tədbirin sonunda Nordrhein-Westfalen Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə planlaşdırılan tədbirlər, o cümlədən fevral ayında Bielefeld şəhərində keçiriləcək Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş yürüş haqqında həmvətənlərimizi məlumatlandırıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info