Suriyada vətəndaş mühari bəsi narkomaniyaya vüsət verib
Tarix: 14.01.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“Reuters” agentliyinin əməkdaşları apardıqları tədqiqata əsaslanaraq iddia edirlər ki, son üç il ərzində Suriyada amfetaminin istifadə halları kəskin şəkildə artıb. Narkotik maddəsi kimi xarakterizə olunan bu preparatdan vətəndaş müharibəsi gedən ölkədə hər iki tərəf
yararlanır.

Ötən əsrin altmışıncı illərinə qədər Qərbdə məşhur olan bu preparatın sinir sisteminə təsiri aşkarlandıqdan sonra Avropa ölkələrində onun satışına qadağa qoyulub. Suriyada hökumət qüvvələri ilə üsyançılar bir-birlərini qiyməti 5-12 dollar arasında dəyişən bu narkotik maddənin qəbulunda ittiham edirlər.
“Captagon” qəbulu eyforiyaya səbəb olur. Bu maddəni qəbul edən şəxslər çox dilli-dilavər olurlar, onlarda elə bil enerji partlayışı baş verir, yemək, içmək və yatmaq istəmirlər. Məlumdur ki, “captagon” və digər narkotik maddələrin ölkədə geniş ayaq açması xarici ixracatçılara böyük gəlir gətirir. Ölkədəki narkotik asılılığının qarşısını almaq üçün bu ilin 22 yanvarında Cenevrədə Sülh Konfransının keçiriləcəyi planlaşdırılır. "Suriyanın Dostları" təşkilatı Suriya müxalifətini bir daha bu tədbirdə iştirak etməyə çağırıb. Prezident Əsəd əleyhdarları çağırışa yanvarın 17-ə qədər cavab verəcəklərini və konfransa göndəriləcək nümayəndə heyətini müəyyənləşdirəcəklərini bildiriblər.
Bu çağırışı bu yaxınlarda Parisdə görüşən ABŞ-ın dövlət katibi Conn Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dəstəkləyiblər. Onlar, həmçinin, İrandan Suriya nümayəndə heyətini sülh konfransında iştiraka razı salmağı çalışmasını istəyiblər.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info