MDB-nin Daimi Nümayəndələr Şurasının iclası olacaq
Tarix: 14.01.2014 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Yanvarın 21-də MDB İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının 2014-cü ildə ilk iclası keçiriləcək.
Bu barədə birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətində məlumat verilib. Cari ildə Ukraynanın MDB-də sədr olması ilə əlaqədar, Daimi Nümayəndələr Şurasına birliyin əlaqələndirmə təsisatları yanında Ukraynanın səlahiyyətli daimi nümayəndəsi İvan Buneçko başçılıq edəcək. İ.Buneçko 2014-cü ildə Ukraynanın MDB-də sədrlik konsepsiyasını və həmin konsepsiyanın həyata keçirilməsinə dair Tədbirlər Planını həmkarlarına təqdim edəcək. Sənəddə xarici siyasət, iqtisadiyyat, nəqliyyat, energetika, elmi-texniki, humanitar sahələrdə və innovasiya sahələrində, habelə yeni təhdidlərə və təhlükələrə qarşı mübarizə sahəsində prioritet vəzifələr ifadə edilib. Daimi Nümayəndələr Şurasının üzvləri 2014-cü il üçün şuranın iş planını təsdiq edəcək, MDB Xarici İşlər Nazirləri Şurasının bu il aprelin 4-də Moskvada keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyinin layihəsinə dair təklifləri nəzərdən keçirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info