Aqrar sahədə Almaniya ilə birgə müəssisələr yaradılacaq
Tarix: 14.01.2014 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirin Almaniyaya səfəri ərəfəsində keçirilən görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi olub.
H.Əsədov Almaniyanın Azərbaycanın aqrar sahədəki təşəbbüslərini dəstəkləyən bir ölkə olduğunu və bu sahədə əlaqələrin genişlənməsinə, həmçinin Almaniya ilə çoxşaxəli əməkdaşlığa önəm verdiyini xüsusilə vurğulayıb. Bu ölkəyə səfəri ərəfəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılmasının vacibliyini bildirib. H.Əsədov Almaniyanın aqrar sahədə böyük təcrübəyə malik ölkə olduğunu bildirərək, Almaniyadan bu il 100 ədəd «Klaas» modeli olan kombaynların alınmasının nəzərdə tutulduğunu qeyd edib. Almaniya ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu nəzərə çatdıran nazir, texniki avadanlıqların istehsalı, həmçinin baytarlıq və bitki mühafizə vasitələrinin istehsalı üzrə birgə müəssisələrin yaradılması imkanlarına baxılması, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. H.Əsədov bu ilin may ayında Bakıda keçiriləcək Qida və Kənd təsərrüfatı Sərgisində iştirak etməyə Almaniya şirkətlərini dəvət edib və Azərbaycanın aqrar sektorunda investisiya üçün əlverişli mühitin olduğunu bildirib. Səfir H.Tempel qida təhlükəsizliyinin təminatı, elm və tədqiqat sahəsində, xüsusilə gen mühəndisliyi, ərzağın keyfiyyətinin artırılması, kənd təsərrüfatının kadr potensialı və texniki təminatı sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info