Helsinkidə Bakı forumuna hazırlıq prosesi müzakirə edilib
Tarix: 14.01.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Finlandiyanın paytaxtı Helsinki şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin təsisçi üzvü prezident Tarja Halonenin (2000-2012) təşkilatçılığı ilə cari ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Global Shared Societies Forumuna hazırlıq prosesinin müzakirəsi üçün görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 4-7 sentyabr tarixlərində Bakıda forumun təşkil olunmasına nəzarət üçün prezident Tarja Halonenin də iştirakı ilə Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Hollandiyanın sabiq Baş naziri Vim Kok, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin və bir çox digər tanınmış simaların cəlb olunduğu Beynəlxalq Təşkilat Komitəsi yaradılıb. Qeyd edək ki, II Global Shared Societies Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə hazırda dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbərləri cəlb olunub. Görüşdə prezident Tarja Halonen 2015-ci il Minilliyin İnkişaf Proqramı çərçivəsində mühüm əhəmiyyətə malik olan bu forumun keçirilməsinin regionun təcrübəsinin dünyaya təqdim olunmasında önəmli olduğunu vurğulayıb. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, ətraf mühitin qorunması, davamlı iqtisadi inkişaf proqramı və qadınların cəmiyyətdə aktiv rolu kimi diqqət mərkəzində olan mövzuların müzakirəsinin əhəmiyyətini qeyd edib. Cari ilin aprel ayında keçiriləcək II Global Shared Societies Forumunun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərinin, o cümlədən, dünyanın tanınmış ictimai və siyasi xadimlərinin iştirakı nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info