Xarici kanallara necə baxa bilərik?
Tarix: 14.01.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Artıq bir neçə gündür ki, ölkədə televiziya kanalları rəqəmsal yayıma keçib. Nəticədə isə dekoderdən istifadə edən vətəndaşların bir qismi yerli kanallara baxmaq imkanı qazansa da digər qism dekoderi olmadığından hələki bu sahədə problemin həllinə çalışır. Digər tərəfdən isə xarici kanallara baxmaq üçün hansı vasitələrdən yararlanmaq məsələsi də gündəmdədir ki, bununla bağlı əlavə paketlərdən istifadə etmələri məsləhət görülür. Bəs əhali dekoder və əlavə paketləri necə əldə etməlidir?
"Kür" Elektron Avadanlıqları İstehsalı MMC-nin baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı bildirib ki, hazırda onların müəssisələrində dekoderlər var: "Bu avadanlıq ölkənin həm paytaxtında, həm də digər şəhərlərində, o cümlədən Gəncə, Goranboy, Sumqayıtda satışa çıxarılıb. Əhali bu qurğunu televizorlara quraşdırmaqla Azərbaycanda rəsmi şəkildə yayımlanan kanallara baxa bilər. Yəni bura yerli telekanallar və Türkiyənin TRT1 kanalı daxildir. Onun qiyməti 30 manatdır". R.Osmanov bildirib ki, lazım olduğu təqdirdə əhalini tam olaraq rəqəmli TV qəbuledicisi ilə ("setter box") təmin edə bilərlər: "Qeyd edim ki, tez-tez ölkədə aztəminatlı ailələrə dekoderlərin verilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər belə bir qərar qəbul olunsa və o, bizə yönləndirilsə, onda tələb olunan sayda avadanlıq istehsal edə bilərik. Çünki bizim müəssisə gündəlik olaraq 140-200-ə qədər rəqəmli TV qəbuledicisini istehsal edə bilər". Lakin R.Osmanov bildirib ki, hələlik onların istehsal etdiyi avadanlıqla xarici telekanallara baxmaq mümkün deyil: "Yerli, yəni açıq yayımda olan kanallardan başqa, insanlar digər xarici kanallara da baxmaq istəyərsə, o zaman bunun üçün kart alıb qurğulara taxmalıdırlar. Hazırda bizim istehsal etdiyimiz avadanlıqlar kartları dəstəkləmir. Amma bu istiqamətdə də araşdırmalarımızı aparırıq. Yəqin ki, yaxın günlərdə bizim avadanlıqlarla da yerli kanallarla yanaşı, pullu paketə daxil olan kanallara da baxmaq mümkün olacaq".
Ölkəyə bu cür avadanlığı gətirən və satışa çıxardan şirkətlərdən biri də "ATV PLUS"-dur. Şirkətin satış şöbəsinin rəisi Mehman Məmmədxanlı bildirib ki, hazırda onlar tərəfindən 2 cür cihaz - CAM modul və ya resiverləri (tünerlər) quraşdırılır: "CAM modulda pult olmur. Bu avadanlıq çox kiçikdir və o, televizora qoşduqdan sonra televizorun öz pultu vasitəsilə idarə olunur. Onun qiyməti 40 manatdır. Tünerlərin qiyməti isə 50 manatdır. Bu xidmət də Bakı və Bakıətrafı ərazilərdə keçərlidir". "ATV PLUS" efir-kabel televiziyasına qoşulmaq üçün lazım olan CAM modul və ya resiverlərin evinizə çatdırılmasını və ya evinizdə quraşdırılmasını istəyirsinizsə (012) 4656238, (055) 4410000 nömrəli telefonlara zəng etməyiniz kifayətdir".
Qeyd edək ki, "ATV PLUS" efir-kabel televiziyasına qoşulmaq üçün lazım olan CAM modul və ya resiverləri "ATV PLUS" yerləşdirilmiş posterlərin asıldığı bütün satış məntəqələrindən əldə etmək mümkündür .Daha ətraflı 996 nömrəsindən və “atvplus.az” saytından məlumat almaq olar.
Mehman Məmmədxanlının sözlərinə görə, sözügedən avadanlıqla hətta aylıq 9 manat ödənilməsə də belə Azərbaycanın yerli telekanallarına baxmaq mümkündür. Qeyd edək ki, "ATV PLUS" paketinə 90-a yaxın xarici telekanal daxildir. Həmin telekanallara baxmaq üçün ödənilən aylıq abunə haqqı 9 manat təşkil edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ünvanlanan suallardan biri də "NTV + Premyera" kanalının ödənişli paketdə olması ilə bağlıdır. Şirkət nümayəndəsi bildirib ki, "NTV + Premyera" sözügedən ödənişli paketə daxildir. "Qeyd edilən kanal da paketdə var. Yeri gəlmişkən qeyd edim ki, bununla bağlı əlavə sualları olan vətəndaşlar 996 qısa nömrəsinə zəng edə bilərlər".
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info