Qloballaşan dünya və müasir pedaqoji texnologiyalar
Tarix: 14.01.2014 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Qloballaşma anlayışı latın dilində "Yer kürəsi" mənasını verən, qlobus sözündən yaranmışdır. Bu anlayışın mahiyyəti mövcud ədəbiyyatlarda əsasən belə izah edilir: “Qloballaşma insanların, informasiyaların, əmtəə və kapitalın dünya miqyasında öz yerini maneəsiz dəyişmə prosesi olub, intensiv iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin, informasiya inqilabının nəticəsidir. Qloballaşmanın əsas amilləri transmilli qurumların yaranması və inkşafı olub, nəticə etibarı ilə "sərhədsiz dünya"nin yaranmasına xidmət edir”. Qloballaşma müasir informasiya texnologiyalarının yaranması və inkişafı ilə üzvi surətdə bağlıdır. Qloballaşma sosial həyatın bütün sferalarına, eləcə də təhsil sahəsinə dərindən nüfuz etmişdir. Qloballaşma şəraitində təhsilin məzmun və keyfiyyətində dəyişikliklər edilməsi vacibdir. Xüsusilə gənclərin əməyə və gələcək həyata hazırlanması istiqamətində ciddi dəyişikliklərə ehtiyac vardır. Düşünürük ki, ənənəvi təhsil anlayışının transformasiyaya uğradığı bir dövrdə müəllim də öz rolunu dəyişməli, tədris materialının şüurlu surətdə mənimsədilməsi üçün yeni pedaqoji texnologiyalardan səmərəli istifadə etməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ili “İKT ili” elan etməsi bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Məqsəd elmdə, təhsildə, iqtisadiyyatda yeni texnologiyalardan istifadə edərək, ölkənin sosial-iqtisadi inkişafının intensivləşdirilməsini təmin etməkdir. Təhsil sahəsində dəyişiklərlə bağlı görkəmli Amerika pedaqoqu Fillip Şlextin apardığı tədqiqatlar çox maraqlıdır. O, özünün «XXI əsrin məktəbi. Təhsil islahatının prioritetləri» əsərində yazır ki, o, sahibkarlarla, iş adamları və məktəb funksionerləri ilə çoxsaylı sorğular aparmış və onlardan belə bir suala cavab istəmişdir: «Siz məktəbdən nə istəyirsiniz?» - cavab isə belə olmuşdur: «Bizə elə insanlar lazımdır ki, onlar müstəqil, sərbəst öyrənməyi bacarsınlar». Müəllif bununla demək istəyir ki, əgər şagird müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün yollar tapmağı, bu və ya digər problemləri həll etməyi və problemin həlli üçün müxtəlif informasiya mənbələrindən istifadə etməyi bacarırsa, onda peşəkarlıq səviyyəsini yüksəltmək onun üçün çox asan olacaqdır.
Qeyd olunanların həyata keçirilməsi üçün ilk növbədə müəllim öyrənənlərin şəxsi maraqlarını diqqət mərkəzində saxlamalı, tədris prosesində öyrənənlərin işgüzar əməkdaşlığını təşkil etməli, onlarla xoş münasibət saxlamalı və onlar üçün rahat və sərbəst iş şəraiti yaratmalıdır. Belə olan təqdirdə öyrənənlər həvəslə öyrənmə prosesinə qoşulur və nəzərdə tutulan mövzunu öyrənməyə səy göstərirlər. Sinif otağında yaradılan optimal şərait dərsdə öyrənənlərin fəallığının maksimum artmasına zəmin yaradır, öyrənənlər adətən birlikdə çalışmağa və biliklərini yaradıcı tətbiq etməyə can atırlar. Dərsdə yaradılan qarşılıqlı hörmət və əməkdaşlıq mühiti tədris prosesini xeyli intensivləşdirməklə yanaşı, müəllimin daha effektli öyrətməsinə və öyrənənləri daha yaxından tanımasına imkan verir. Dərsin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün müəllim yeni texnologiyaya üstünlük verməlidir. Tədrisin keyfiyyətinin yüksəldilməsində müəllimin rolunun xüsusi qiymətləndirildiyi “The TKT course” kitabında müəllimin dərs prosesində fəliyyəti əsasən aşağıdakı kimi səciyyələndirilir:
- Dərs prosesinin planlaşdırıcısı kimi, müəllim dərsdən əvvəl dərsi planlaşdırır, tədris ediləcək materialı öyrənənlərin bilik səviyyəsinə uyğunlaşdırır, pedaqoji texnologiyaya uyğun təlimin münasib texniki vasitələrini hazırlayır, dərs prosesində ortaya çıxa bilən problemləri nəzərə alır. Məsələn, dərs prosesində istifadə olunan texniki vasitədə nasazlıq yaranmasını müəllim nəzərə almalı və alternativ tədbir görməlidir.
• Dərsdə idarə edici kimi, tədris prosesinin normal keçməsi üçün bütün lazımi tədbirləri görür.
- Dərsdə nəzarətedici kimi, sinif otağında aramla dolaşaraq fərdi, cütlərlə və ya qrup halında çalışan öyrənənlərə nəzarət edir, lazım gəldikdə köməklik göstərir.
- Dərsdə məsləhətverici kimi, öyrənənlərin müstəqil öyrənmələrinin inkişafı üçün şərait yaradır, lazımi məsləhətlər verir.
- Dərsdə diaqnozlaşdırıcı kimi, öyrənənlərin çətinliklərini müəyyənləşdirir, onların aradan qaldırılması üçün tədbirlər görür.
- Dərsdə bilik mənbəyi kimi, tədris olunan material haqqında öyrənənlərə lazım gəldikdə, (öyrənənlər lazımi məlumatı müstəqil əldə edə bilmədikdə) əlavə məlumat verir.
- Dərsdə qiymətləndirici kimi, öyrənənlərin fəaliyyətini, biliyini bütün öyrənənlərin iştirakı ilə qiymətləndirir.
- Münasibət və əməkdaşlıq yaradıcısı kimi, öyrənənlər arasında işgüzar münasibət yaradır, onların birgə fəaliyyətini, əməkdaşlığını təşkil və inkişaf etdirir.
Bu qeyd olunanlarla yanaşı, müəllim həm də şagirdlərin təlabatlarını, maraqlarını, davranış motivlərini, qabiliyyətlərini, yaradıcılıq imkanlarıını, intelektini, emosiyalarını, iradəsini, mənlik şüurunun inkişafını nəzərə alaraq, yeni pedaqoji texnologiyalardan dərs prosesində düzgün istifadə edərsə öyrənənlərdə yeni innovativ fikirlərin formalaşmasına nail ola bilər.
Görkəmli pedaqoq-alim C.P.Kapitsa vaxtilə deyirdi ki, təhsil gələcəyə yönəlmiş sənaye sahəsidir. Alimin bu nəzəriyyəsi artıq həqiqətə çevrilmişdir. Belə ki, ötən əsrin 60-cı illərində Amerika və Avropa məktəblərində islahatlar keçirilmiş və təlimin texniki vasitələrinin geniş tətbiqinə başlanmış, tədris prosesinə texnikanın tətbiqi zəminində təlimin yeni texnologiyaları yaranmışdır. Bu hal tərbiyə sahəsinə də nüfuz edərək pedaqogikaya pedaqoji texnologiya kimi daxil olmuşdur. Mütəxəssislərin fikrincə, pedaqoji texnologiya mahiyyət etibari ilə təlim-tərbiyə prosesinin layihələşdirilməsinin sistemi (metodu) kimi səciyyələndirilməlidir.
Müasir pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Tədris prosesində fəal-interaktiv təlim texnologiyalarının tətbiqi öyrənənlərə məntiqi və yaradıcı təfəkkürə əsaslanmaq, müstəqil düşünmək, innovativ ideyalar irəli sürmək vərdişləri aşılayır. Fəal-interaktiv təlim texnologiyalarının tətbiqi öyrənənlərin informasiya texnologiyalarından sərbəst istifadə etməklə, bilik, bacarıq və vərdişlərinin inkişafına və yaradıcı tətbiqinə zəmin yaradır.
Fəal-interaktiv dərs planında əsasən - məzmun məqsədi, vərdiş məqsədi və qrup məqsədi nəzərdə tutur. Məzmun məqsədində öyrənənlərə nəyi öyrətməyin vacib olduğu müəyyənləşdirilir. Vərdiş məqsədində öyrənənlərə tədris olunan materialı qavramaq, anlamaq və dərk etmək üçün lazım olan vərdişlərin aşılanmasına çalışılır. Qrup məqsədində bütün öyrənənlərin işgüzar və yaradıcı əməkdaşlığını inkişaf etdirə bilən texnologiyalar həyata keçirilir. Mütəxəssislərin fikrincə, öyrənənlərin sinifdə T və ya U şəklində düzülmüş masaların arxasında oturmaları məqsədəuyğundur. Ümid edirik ki, interaktiv dərsin bütün komponentlərini müəllim dərsin mövzusuna uyğun olaraq yerinə yetirərsə, yəni dərsə maraqlı bir fikirlə giriş verərsə, öyrənənləri xoş üzlə salamlayarsa, davamiyyəti qayğı ilə yoxlayarsa, dərsin mövzusunu və məqsədini düzgün izah edərsə (müəllim bugünkü dərsimiz çox çətindir ifadəsini işlətməməlidir), sinifdə işgüzar və yaradıcı mühit yaradarsa, öyrənənlərə adları ilə müraciət edərsə, öyrənənləri düşünməyə və fikir yürütməyə vadar edərsə, onları aktiv sosial fəaliyyətə düzgün hazırlayarsa dərs çox maraqlı və səmərəli olar.
Mirhəsən Eminov
Pedaqogika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info