Paytaxtda növbəti yeraltı piyada keçidinin tikintisinə başlanılıb
Tarix: 15.01.2014 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Paytaxtda Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi artıq yeni mərhələyə qədəm qoyub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, uzunsürən tədqiqat işlərindən sonra piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları artıq köçürülüb.
Yeraltı piyada keçidinin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,23 metr olacaq. Keçidin 22 metr hissəsində istinad divarı və örtük hissəsi tikilib.
Hazırda 24 metr məsafədə istinad divarında armatur işləri görülür. Yaxın 3-4 gün ərzində həmin məsafədə beton tökmə işlərinə başlanılacaq. Hava şəraitinin əlverişli keçəcəyi təqdirdə bu ayın sonunadək işlərin 50 faizinin yerinə yetirilməsi nəzərdə tutulub.
Piyada keçidinin bu il istifadəyə verilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info