Bu il 5 “ASAN xidmət“ mərkəzinin açılması planlaşdırılır
Tarix: 15.01.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


“Bu günədək "ASAN xidmət" mərkəzlərinə 959 min vətəndaş müraciət edib. Bunlardan 90% halda vətəndaş məmnunluğu təmin edilib”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
İ.Kərimov deyib ki, 1 saylı "ASAN xidmət" mərkəzi daha tez fəaliyyətə başladığından ən çox müraciət bura olub - 340 min. Sumqayıt "ASAN xidmət" mərkəzinə 204 min, 2 saylı "ASAN xidmət" mərkəzinə 250 min, 3 saylı "ASAN xidmət" mərkəzinə 92 min, Gəncədəki "ASAN xidmət" mərkəzinə 14 min vətəndaş müraciət edib.
Agentliyin sədri, həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində 260 əməkdaş çalışır. Onların orta yaşı 28-dir. Bundan əlavə, müxtəlif dövlət qurumlarından mərkəzlərə 412 nəfər ezam olunub.
Onun sözlərinə görə, bu günədək "ASAN xidmət" mərkəzlərində 1138 könüllü fəaliyyət göstərib. Onlardan 880 nəfəri artıq məzun olub. Hazırda 258 nəfər gənc könüllü olaraq mərkəzlərdə fəaliyyət göstərərək vətəndaşlara xidmət edilməsində yardımçı olurlar.
2013-cü il ərzində fəaliyyət barədə hesabat xarakterli məlumat verən İ.Kərimov qeyd edib ki, bu il 9 yanvar tarixində Prezident İlham Əliyev Nazirlər kabinetinin iclasında "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə toxunaraq müvafiq tapşırıqlar qoyub və "ASAN xidmət" üçün vəzifələr müəyyən edib:"Ölkə Prezidenti tərəfindən verilən qiymət və dəyər bizim məsuliyyətimizi daha da artırır, qarşımızda əlavə vəzifələr müəyyən edir. Dövlət başçısı tərəfindən qoyulan tapşırığa əsasən, bu il regionlarda 4 və ya 5 "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır”.
Onun sözlərinə görə, həmçinin mart ayında Bakının Sabunçu rayonunda 4 saylı "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır: "Bu mərkəz fəaliyyətə başladıqdan sonra Bakıda qeydiyyat yerindən asılı olmayaraq vətəndaşlar istənilən mərkəzə müraciət edə biləcəklər".
İ.Kərimov qeyd edib ki, fevral ayından etibarən isə Bakıda da vətəndaşlara səyyar formada "ASAN xidmət" göstərilməsinə başlanacaq: "Yəni, vətəndaşlar mərkəzlərə gəlmədən bu xidməti sifariş edə biləcəklər. Əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar istisna olmaqla, bu xidmət müəyyən xidmət haqqı ödəmək şərtilə həyata keçiriləcək".
Qeyd edək ki, yanvarın 15-də 1 saylı "ASAN xidmət" mərkəzinin açılmasının bir ili tamam olur. Ötən il ərzində 4 "ASAN xidmət" mərkəzi açılaraq fəaliyyətə başlayıb. Artıq 5 "ASAN xidmət" mərkəzində 9 dövlət qurumu tərəfindən 150-dən çox sahə üzrə vətəndaşlara xidmət göstərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info