Milli Arxiv İdarəsində elektron xidmətlər rejimi istifadəyə verilib
Tarix: 15.01.2014 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi üçün Elektron Arxiv Sistemi” layihəsi çərçivəsində elektron xidmətlər rejimi istifadəyə verilib. Layihə SINAM şirkəti tərəfindən həyata keçirilib. İKT İnformasiya Mərkəzindən qəzetimizə bildirilib ki, rejimdən istifadə üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.
Bununla yanaşı, Milli Arxiv İdarəsində elektron sənəd dövriyyəsi sistemi də istismara verilib, Elektron Arxiv Sistemindən istifadə vərdişlərinin öyrədilməsi üzrə istifadəçilərə təlim keçirilib və sistem tam həcmdə istismara verilib.
Sözügedən Elektron Arxiv Sistemi EMC şirkətinin Documentum proqram təminatı bazasında yaradılıb və aşağıdakı imkanlara malikdir: “Arxiv fondu sənədlərinin (kağız sənədlər, kitablar, audio, video, böyük çertyojlar, xəritələr, şəkillər və s.) rəqəmləşdirilməsi işinin avtomatlaşdırılması; İstənilən dildə mətn sənədlərinin tanınması və sistemdə kontekst üzrə axtarış imkanlarının təmin olunması; Rekvizitlərə görə sənədlərin axtarışının təmin olunması və həmçinin sənədlərin əsillərinin arxivdə fiziki yerləşmə yerlərinin təyin olunması üçün sənədlər barəsində metaverilənlərin verilənlər bazasına daxil edilməsi və yadda saxlanması; Sənədlərin sorğulanması, axtarışı və baxılması üçün sadə və istifadəçiyə hesablanmış veb-interfeysin təmin olunması; Sistemdə mikrofilmlərin rəqəmsal şəklə salınması üçün xüsusi skanerlərin təmin olunması”.
Hal-hazırda SİNAM şirkəti tərəfindən Milli Arxiv İdarəsində foto-kino arxivin rəqəmləşdirilməsi və sənəd dövriyyəsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info