Badamdarda yeni xəstəxana və idman kompleksi inşa edilir
Tarix: 15.01.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün paytaxtımız Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə bir sıra sosialyönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. Ötən 2013-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra işlər görülüb.
Badamdar qəsəbəsində yerləşən möhtəşəm «Monolit plaza» mehmanxanasında Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılıb, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunub və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirib ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə qəsəbədəki 136 saylı uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Bağçanın açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.
Həmçinin bağçanın yaxınlığındakı T.Məmmədov küçəsi 7 saylı bina və həyəti əsaslı təmir olunub, yeni qazanxana istifadəyə verilib.
Noyabr ayının 22-də Prezidentin əsaslı təmir-yenidənqurma işlərindən sonra Səbail Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanışlığı zamanı ölkə başçısı Badamdar qəsəbəsində yeni idman kompleksinin tikintisi ilə bağlı layihələrlə tanış olduqdan sonra qəsəbədə kompleksin inşasına başlanılıb. Dövlət Proqramına uyğun olaraq qəsəbədə yeni xəstəxana binasının, 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir. A.Abbaszadə küçəsində Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun inşası başa çatmaq üzrədir. RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün 2 mərtəbəli 10 mənzilli xidməti yaşayış binası istifadəyə verilib. Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi və Səbail rayon Sukanal Departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilib. Novruz bayramı münasibəti ilə qəsəbədəki «N» saylı hərbi hissədə bayram şənlikləri və konsert təşkil olunub, əsgərlərimizə bayram sovqatları təqdim olunub.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verib. O, bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin tikintisi başa çatdırılacaq. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info