“GM-AvtoVAZ” şirkətinin məhsullarının səkkiz faizi Azərbaycanda reallaşdırılıb
Tarix: 15.01.2014 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


2013-cü ilin yekunlarına görə, Azərbaycan Rusiyanın “GM-AvtoVAZ” avtomobil şirkətinin məhsullarının ən böyük alıcıları sırasındadır.
Rusiya KİV-ləri xəbər verir ki, “GM-AvtoVAZ” şirkəti 2014-cü ildə ixracın həcmini artırmaq niyyətindədir. Şirkət xarici bazarlara beş minədək avtomobil göndərməyi planlaşdırır ki, bu da ötən ilin nəticələrindən təxminən 25 faiz artıqdır.
Ötən il “GM-AvtoVAZ” 4013 ədəd “Chevrolet Niva” maşını ixrac edib. Bu, 2012-ci ildəki göstəricidən 46,2 faiz çoxdur.
Fəaliyyətdə olan Vahid Gömrük Məkanı (Qazaxıstan və Belarus) “Chevrolet Niva” maşınlarının ixracının artırılmasına imkan verib, o cümlədən Qazaxıstanın avtomobil bazarının güclənməsinə, bu ölkələrə ixracın həcminə müsbət təsir göstərib. Bu ölkələrin korporativ sektorunda avtomobillərin alınmasında da sabitlik müşahidə olunub. Bu sahədə Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycanın töhfəsi daha çox olub.
Rusiya KİV-ləri yazır ki, 2013-cü ilin yekunlarına əsasən, Qazaxıstan “GM-AvtoVAZ” şirkətinin ən iri xarici bazarı olaraq qalıb: “Chevrolet Niva” maşınlarının 72 faizi onun payına düşüb. Ümumi avtomobil ixracının doqquz faizi Ukrayna və Belarusda, səkkiz faizi isə Azərbaycanda reallaşıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info