“ADA” Universitetinin yaradılması təhsil sistemində mühüm hadisədir
Tarix: 15.01.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Yanvarın 16-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev və bu təhsil ocağının prorektor və dekanlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək.
ADA-nın kommunikasiya departamentindən bildiriblər ki, konfransında KİV nümayəndələrinin akademiyanın yaradılması və inkişaf tarixi, hazırda mövcud olan proqram və fakültələr, gələcək inkişaf prinsipi və planları, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən bu təhsil ocağının yaradılmasının Azərbaycanda təhsil sahəsinə verdiyi töhfələrə dair sualları cavablandırılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yaradılıb.
Hazırda “ADA” Universiteti özündə biznes, ictimai və beynəlxalq münasibətlər, humanitar və dəqiq elmlər, mühəndislik və informasiya texnologiyaları fakültəsini birləşdirərək təxminən 700 tələbəyə həm bakalavr, həm də magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edən bir təhsil ocağı kimi fəaliyyət göstərir. Yaxın gələcəkdə ADA-da təhsil alan tələbələrin, proqramlar və fakültələrin sayının artırılması planlaşdırılır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info