Ötən il 63 mindən çox əcnəbi Rusiyadan çıxarılıb Xarici vətəndaş icazə olmadan
Tarix: 15.01.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


90 gündən artıq Rusiyada qalarsa, onun ölkəyə girişi 3 illik yasaqlanacaq
2013-cü ildə 63 mindən çox əcnəbi vətəndaş Rusiyadan xaric edilib. Bunu Rusiya Federal Miqrasiya Xidmətinin departament rəhbərinin müavini Dmitri Demidenko açıqlayıb. O bildirib ki, ötən il 1,3 min əcnəbi miqrant Rusiyadan deportasiya olunub, yarım milyon əcnəbinin isə ölkəyə giriş hüququ məhdudlaşdırılıb.
Rusiyaya giriş hüququ məhdudlaşdırılanlar arasında Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları üstünlük təşkil edir. FMX-nin mətbuat katibi Zalina Kornilova isə bildirib ki, miqrasiya qanunvericiliyi ilə bağlı 30-a yaxın qanun layihəsi hazırlanıb. O deyib ki, miqrasiya sahəsində mövcud qanunvericiliyə ciddi dəyişiklik edilib. FMX-nin departament rəhbərinin müavini Dmitri Demidenko isə çıxışında keçən il Rusiyaya 17,5 milyon miqrantın gəldiyini söyləyib. O, 2014-cü ildən etibarən miqrasiya qanunvericiliyi sahəsində tətbiq olunan yeniliklərdən danışıb. D. Demidenkonun sözlərinə görə, yeniliklərdən biri xarici tələbələrlə bağlıdır: “Belə ki, bundan sonra xarici tələbələr icazə almadan işləyə biləcəklər. Əvvəllər onların işləməsi üçün müvafiq qurumlardan icazə tələb olunurdusa, bu ildən bu tələb aradan qaldırılıb. Yeniliyə əsasən tələbələr təhsil aldıqları müddət ərzində (yay tətilləri də daxil olmaqla), Rusiya ərazisində çalışa biləcəklər. Digər tətbiq olunan yenilik isə xarici vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması sahəsindədir. Belə ki, xarici vətəndaşlar əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə ilə yanaşı, tibbi arayış da təqdim etməlidirlər. Bundan başqa, onlar vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Onlara patent və vergi ödəyicisi kartı verilməlidir. Bütün bunları əldə etdikdən sonra xarici vətəndaş əmək fəaliyyəti ilə məşğul ola bilər”. D. Demidenko qeyd edib ki, tətbiq olunan yeniliklərdən biri Rusiya ərazisində qalma müddəti ilə bağlıdır. Belə ki, xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Bundan başqa, hazırda xarici vətəndaşa 6 ay ərzində Rusiya ərazisində 90 gün qalmağa icazə verilir, əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur. Yəni bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir. FMX-nin Qeydiyyat-pasport departamentinin rəhbəri Aleksandr Aksenov isə çıxışında mirantların qeydiyyata alındığı “rezin evlər”dən danışıb. Onun sözlərinə görə, “rezin ev”in sahibləri 3 il müddətinə qədər azadlıqdan məhrum ediləcəklər. Rusiya ərazisində hazırda 11 min “rezin evlər”in aşkarlandığını söyləyən FMX rəsmisi hər bir “rezin ev”də 600 nəfər miqrantın qeydiyyata alındığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info