Avropalı deputatlar cəbhə xəttində olublar
Tarix: 15.01.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan İslandiya par lamentinin deputatı Ogmundur Yonasson və Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatı Jaakko Laakso Ağdam rayonunda olublar. Ağdam Rayon İcra Hakimiyyətində olan qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı məlumat verilib.
Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb. Ağdamın işğaldan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu “Qafqaz Xirosiması” filminə baxan və uşaq musiqi məktəbinin xor kollektivinin ifasını dinləyən avropalı deputatlar bu görüşdən razı qaldıqlarını bildiriblər. Qonaqlar 2010-cu ilin noyabrında Quzanlıda məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbəyə gələrək 18 nömrəli məktəbdə olub, məcburi köçkün, müharibə əlili Fəxrəddin Rəhimovun mənzilinə baş çəkiblər. Daha sonra Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndinə gələn qonaqlara burada yaşayan əhalinin həyat şəraiti barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs tez-tez pozulur, mülki əhali, evlər, mal-qara atəşə tutulur. İslandiya parlamentinin deputatı Ogmundur Yonasson jurnalistlərə müsahibəsində deyib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumata malik olmaqdır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun tələb olunan səviyyədə fəaliyyət göstərməməsindən təəssüfləndiyini deyən qonaq bildirmişdir ki, beynəlxalq ictimaiyyət bu sahəyə daha çox diqqət ayırmalıdır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info