Heydər Əliyev Fondu Macarıstanda humanitar layihə həyata keçirəcək
Tarix: 15.01.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Humanitar layihələrdən biri dost Macarıstanda həyata keçiriləcək. Fondun dəstəyi ilə Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusu inşa ediləcək.
Heydər Əliyev Fondundan bildiriblər ki, Laszlo Batthyany Roma Katolik Evi üçün əlavə yataqxana korpusu mövcud binalar kompleksinə birləşdiriləcəkdir. Bu, uşaqların qidalanması və müalicəsinin daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq.
Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qayğı göstərmək məqsədilə yaradılıb.
Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər. Onlar burada təhsillə yanaşı müalicə alır, müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətini, fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.
Müəssisənin sahəsi 2800 kvadratmetrdir və 1994-cü ildə əsaslı təmir edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar üçün əlavə korpusun təməli qoyulacaq. Beşmərtəbəli, 30 çarpayılıq yataqxana tipli korpusun ümumi sahəsi 1385 kvadratmetrdən çoxdur. Layihəyə görə binada məşğələ, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulub.
Təməlqoyma mərasimində Macarıstan baş naziri aparatının xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və ölkəmizin Budapeştdəki səfirliyinin əməkdaşları iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info