Kitab nəşri sahəsindəki piratçılıq 2 dəfəyədək aşağı düşüb
Tarix: 16.01.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Müəllif Hüquqları Agentliyinin məlumatına görə, ölkədə piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər müsbət nəticələr verir. Kitab nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2013-cü ildə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb. Agentlikdə müəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin sorğularını operativ şəkildə cavablandırmaq və agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməkliyin göstərilməsi məqsədilə 960 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir. 2013-cü il ərzində hesabat dövründə “Qaynar xətt”ə 700-ə yaxın müraciət daxil olub. Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na isə 2013-cü ildə 500-dən çox vətəndaş müraciət edib.
2013-cü ildə müəlliflər və hüquq sahiblərinin müraciətləri üzrə bir iddia ərizəsi tərtib edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb. Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, 10 konfrans, seminar və dəyirmi masa keçirilmiş, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə və müsahibə dərc olunub, TV və radio kanallarında çoxsaylı verilişlər hazırlanıb və süjetlər göstərilib, 10-dan çox prezentasiya keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info