Çin səfiri Bakı Ali Neft Məktəbində olub
Tarix: 16.01.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuin Bakı Ali Neft Məktəbində olub.
Məktəbdən “Palitra”ya verilən məlumata görə, görüş çərçivəsində qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, Avropa Kredit Transfer sisteminin şərtlərinə uyğun tədris prosesinin təşkil edildiyi bu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əməkdaşlıq münasibətləri qurulub ki, bu əlaqələr nəticəsində Bakı Ali Neft Məktəbində həmin universitetin tədris proqramları tətbiq olunur, eyni zamanda dərslərdə keyfiyyətə nəzarəti, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi tərəfdaş universitet tərəfindən həyata keçirilir və sonda ali təhsillərini uğurla başa vuran tələbələrə iki diplom - həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot Vatt Universitetinin diplomları verilir.
Daha sonra E.Qasımov Bakı Ali Neft Məktəbinin dünyanın tanınmış universitetlərindən birinə çevrilməsi üçün bu istiqamətdə aparılan işlər haqqında qonağa məlumat verərək qeyd edib ki, bu məqsədə nail olmaq üçün ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsi və müasir təcrübələrdən faydalanması olduqca vacib məsələlərdəndir. O vurğulayıb ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Çin Xalq Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması Bakı Ali Neft Məktəbi üçün xüsusi maraq kəsb etməkdədir.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Xun Tsuin Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir addım olduğunu vurğulayıb. O, bu təhsil ocağının ÇXR-nın müvafiq qurumları və bu istiqamətdə fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.
Görüşün sonunda Səfir Xun Tsuinə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info