“Azərbaycanla əlaqələr Dağıstan üçün xüsusi əhəmiyyət daşıyır”
Tarix: 16.01.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


"Tarixi qonşumuz və uğurla inkişaf edən dövlət olan Azərbaycanla əməkdaşlıq Dağıstan üçün xüsusi əhəmiyyətə malikdir". Bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipovun Dağıstan Xalq Məclisinə müraciətində deyilir.
Müraciətdə bildirilir ki, iki ölkə arasında iqtisadi münasibətlər hazırda aşağı səviyyədədir: "Ötən ilin sonunda biz Azərbaycan Prezidenti İlham Əliyevlə, respublika hökumətinin üzvləri ilə görüşdük və ümumilikdə Rusiya və Azərbaycan arasında əlverişli və qarşılıqlı faydalı münasibətlərin mühüm hissəsi kimi Azərbaycanla Dağıstan arasında çoxtərəfli əlaqələrin aktivləşdirilməsi barədə razılığa gəldik".
Respublikanın rəhbəri qeyd edib ki, iqtisadi islahatların və idarəçiliyin bir çox məsələləri üzrə Azərbaycandan öyrənilməli şeylər var: "Azərbaycanla ənənəvi mehriban qonşuluq, qardaşlıq münasibətlərinin inkişafı bizim üçün həm iqtisadi, həm də mədəni cəhətdən vacibdir. Bu, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşları olan dağıstanlılara, eləcə də Rusiya vətəndaşı olan, Dağıstanda yaşayan azərbaycanlılara mədəni təmaslar üçün əlverişli mühit yaratmağa imkan verir".




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info