Hafiz Paşayev: “ADA-da 42 ölkədən tələbə var və onların sayı artacaq”
Tarix: 16.01.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Prezidentin Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universitetinin yaradılması ilə bağlı sərəncamına həsr olunmuş mətbuat konfransı keçirildi. ADA-nın rektoru Hafiz Paşayev bildirdi ki, 2006-cı ildə təsis olunan akademiya artıq ölkədə və xaricdə kifayət qədər tanınıb: “Bu vəzifəyə dəvət alarkən cənab Prezidentlə ilk görüşümüzdə mən Prezidentə təklif etdim ki, gələcəkdə ADA daha geniş sahələrdə fəaliyyət göstərsin. Prezident buna öz razılığını verdi. Artıq bizim biznes məktəbimiz, həm magistratura, həm də bakalavr proqramlarımız var. Ad fikirləşərkən qazandığımız adı itirmək istəmədik, dünya təcrübəsinə də müraciət etdik. Məsələn, “MGİMO”nu nümunə kimi gətirə bilərik, öncə onlar institut kimi fəaliyyətə başlayaraq daha sonra imkanlarını genişləndirdilər. Hazırda “MGİMO” adı qalır, lakin onlar universitet statusuna keçiblər. Planlarımız elə idi ki, universitet çərçivəsinə keçməli idik. Artıq 2-3 ildir sırf diplomatiya sahəsindən kənara çıxmışıq. Bu gün 54 fakültəmizdə 42 ölkədən xarici tələbələr təhsil alır və onların sayı artacaq”.
Rektor müavini Fariz İsmayılzadə bildirdi ki, “ADA” Universiteti bir sıra tanınmış xarici universitetlərlə əməkdaşlıq edir, bunların sırasında ABŞ Miçiqan Universiteti, Monterey Universiteti, Con Hopkins Universitetini qeyd etmək olar.
Qeyd edək ki, hazırda ADA Universiteti özündə biznes fakültəsi, ictimai və beynəlxalq münasibətlər, humanitar və dəqiq elmlər, mühəndislik və informasiya texnologiyaları fakültələrini birləşdirərək təxminən 700 tələbəyə həm bakalavr, həm də magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edən təhsil ocağı kimi fəaliyyət göstərir. Yaxın gələcəkdə tələbələrin, eləcə də proqramların və fakültələrin sayının artırılması planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info