Erməni piratçılığına qarşı görülən işlərin hesabatı
Tarix: 16.01.2014 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


2013-cü ildə Azərbaycanda erməni piratçılığına qarşı görülən işlərin hesabatı açıqlanıb.
Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində agentlik tərəfindən 2013-cü ildə "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda konfrans Azərbaycan, ingilis və rus dillərində 43 sayt vasitəsilə onlayn rejimdə birbaşa internetdə yayımlanıb.
Həmçinin folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), YUNESKO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib.
Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilib, daha sonra rus və ingilis dillərində yenidən nəşr edilərək Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılıb, kitabın elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib. İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə çoxsaylı materiallar yayılıb, erməni uydurmalarının ifşasına həsr edilən "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanıb.
Hesabatda qeyd olunub ki, qeyri-maddi mədəni irsin qanunsuz mənimsənilməsi hallarının qarşısının alınması, həmçinin Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info