Azərbaycanda gedən dərin inkişaf prosesləri Almaniya mətbuatının diqqət mərkəzindədir
Tarix: 16.01.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi, siyasi, mədəni, humanitar, turizm, idman, enerji sahələrində sürətli inkişafı, beynəlxalq arenada və başqa istiqamətlərdə qazandığı nailiyyətlər, eyni zamanda, paytaxtımızda və regionlarımızda müasirləşməyə doğru atılan addımlar, aparılan islahatlar bu gün Qərb jurnalistlərinin, xüsusən Almaniyanın kütləvi informasiya vasitələrinin marağına səbəb olub.
Almaniyanın weltexpress.info internet portalında Azərbaycanın zəngin qədim və müasir tarixi, turizm imkanları, eyni zamanda, Bakının və ölkəmizin digər görməli yerləri, respublikamızın dərin və hərtərəfli inkişaf meylləri, sürətlə müasirləşən paytaxtımız və regionlarımız barədə oxuculara geniş məlumat verilib.
İnternet portalı qədim Odlar Yurdu Azərbaycanın Rusiya Federasiyası, Ermənistan, Gürcüstan, Türkiyə və İran ilə həmsərhəd olduğunu xatırladaraq ölkəmizin qədim tarixi, 7 minillik tarixə malik daş salnaməmiz hesab olan Qobustan qayaları, bu məmləkətdə yaşayan insanların yüksək qonaqpərvərliyi barədə söhbət açır. Yazıda, həmçinin zəngin təbii ehtiyatlara malik olan ölkəmizin tarixin müxtəlif dövrlərində imperiyaların geostrateji hədəflərinə tuş gəldiyi xüsusi qeyd edilir.
Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi sürətli inkişafa toxunan internet portalı qısa statistik təhlilində göstərir ki, 2012-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 5.464 avro təşkil etdiyi halda, Almaniya kimi inkişaf etmiş ölkədə isə müvafiq dövrdə bu rəqəm cəmi 3.280 avro civarında olub.
weltexpress.info internet portalında yerləşdirilmiş yazıda, eyni zamanda, İçərişəhər, Qız qalası, “Yanar dağ” və digər tarixi abidələrimiz, paytaxtımızın və ölkəmizin gündən-günə müasirləşən regionlarının tikinti bumunu yaşadığını bildirir. Portal Qəbələ, Quba və digər regionlarımızda aparılan genişmiqyaslı quruculuq işləri barədə təəssüratlarını oxucularla bölüşür.
Məqalədə bir məqam xüsusi vurğulanır ki, Azərbaycanın paytaxtı Bakı dünyanın nadir, qənirsiz şəhərlərindən biridir, onun gecələri möhtəşəmdir, tarixi tikililəri və müasir binaları bənzərsizdir. Yazıda buna əyani misal kimi artıq paytaxtımızın və dünyanın müasir memarlıq simvoluna çevrilən “Alov qüllələri” kompleksinin, Heydər Əliyev Mərkəzinin, “Baku Crystal Hall”un, Bakımızın beşulduzlu mehmanxanalarının adları çəkilir.
İnternet portalı almaniyalı oxuculara tikintisi “Avesta” şirkəti tərəfindən planlaşdırılan Xəzər dənizindəki adalar üzərində 1050 metr hündürlüyündə inşa olunacaq “Azərbaycan qüllə”si haqqında da məlumat verir.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info