Kaktus əvəzinə qatıq
Tarix: 16.01.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Belə bir fikir mövcuddur ki, kaktus kompyuterin buraxdığı radiasiyanın qarşısını alır, buna görə də biz evlərdə və iş yerlərində kompyuterin yanına kaktus qoyulduğunu tez-tez görə bilərik. Həqiqətən də, kaktus radiasiyanı udur, ancaq kompyuter radioaktiv şüalar buraxırmı? Əgər monitorlar radioaktiv şüalar buraxsaydı, o zaman kaktusu olmayan kompyuter istifadəçiləri ölə bilərdilər, çünki radioaktiv şüanın çox kiçik dozası belə insanı öldürə bilər. Kompyuterlər elektromaqnit sahə yaradırlar. Daha dəqiq desək, bu, onların arxa hissəsində yaranır. Ona görə arxası sizə olan kompyuterin yanında uzun zaman oturmaq məsləhət deyil. Burdan belə bir nəticəyə gəlmək olar ki, kompyuterin qarşısına kaktusun qoyulması ancaq əhval-ruhiyyəmizi yüksəltməyə xidmət edə bilər. Əvəzində onu demək olar ki, Türkiyə alimlərinin apardıqları araşdırmalara görə, qatıq yemək insanı radiasiyadan qoruyur. Mütəxəsislər mobil telefon, kompyuter, televizor və s. radiasiya yayan cihazlardan gün ərzində çox istifadə edənlərin hər gün iki stəkan qatıq yemələrini məsləhət görür. Araşdırma aparan alimlərin sözlərinə görə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu var. Qatıq yalnız radiasiyadan qorumaq üçün yox, həm də radiasiyaya məruz qaldıqdan sonra zərər görən hüceyrələrin və toxumaların bərpası üçün çox faydalıdır. Mütəxəssislər radiasiyaya məruz qalan insanlara sadəcə yaxşı qidalanaraq, bədən müqaviməti ilə immun sistemini gücləndirməyi məsləhət görərək, bədəndə radiasiyaya məruz qalmış hüceyrə və toxumanın özünü bərpa etməsinin mümkün olduğunu qeyd ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb
28.05.2020
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
28.05.2020
Prezident: “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik“
28.05.2020
Prezident: “Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi“
28.05.2020
“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info