Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
Tarix: 16.01.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Prezident üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb

Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib, Prezident İlham Əliyevin budəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb. Sonra Prezident İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı NATO-Azərbaycan əlaqələrinin yaxşı tarixə malik olduğunu söyləyib və bu əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, hazırda Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak etdiklərini deyib. Prezident İlham Əliyev son illərdə ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi baxımdan böyük uğurlar qazandığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələrindən söhbət açıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib. NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildiriblər, ölkəmizin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında fəal iştirakını vurğulayıblar. Daimi nümayəndələr Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə bu prosesə xüsusi töhfə verdiyini bildiriblər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıblar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edən daimi nümayəndələr artıq bu sahədə uğurlu əməkdaşlığın qurulduğunu, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” kimi iri enerji layihələrinin bu prosesə mühüm töhfə verdiyini bildiriblər. Bununla da Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb
28.05.2020
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
28.05.2020
Prezident: “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik“
28.05.2020
Prezident: “Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi“
28.05.2020
“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info