Pirallahıdakı xəstəxana istifadəyə verilib
Tarix: 16.01.2014 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Pirallahı rayonunda 10 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsidir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. 2011-ci ilin iyul ayından başlanan və Səhiyyə Nazirliyinin nəzarəti altında aparılan təmir işləri 2013-cü ilin son günlərində yekunlaşıb.
Rayonun ən böyük tibb müəssisəsi olan 10 nömrəli birləşmiş şəhər xəstəxanasının əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunub. Bundan əlavə, binanın fasad hissəsi üzlənilib və xəstəxananın qazanxana sistemi yenilənib. Binanın pəncərələri yeniləri ilə əvəz olunub. Xəstəxananın yeməkxana və camaşırxanası da yenidən qurulub, həyətinə asfalt örtüyü salınmış, ərazidə yaşıllıq salınıb.
Xəstəxana iki hissədən – poliklinika və stasionardan ibarətdir. Stasionarda cərrahiyyə, terapiya, pediatriya, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcək və onların hər biri ən müasir tibbi avadanlıqla təchiz olunub. Uşaqların və böyüklərin qəbul edilməsi üçün nəzərdə tutulmuş poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək xəstənin qəbul edilməsi məqsədilə genişləndirilib. Buradakı 50-dək kabinetin hər biri ən yeni cihaz və avadanlıqlar təmin olunub.
Tibb ocağında 38 həkim və 117 orta tibb işçisi çalışır. Xəstəxanada tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibb avadanlığı rayon əhalisinə xidmətin səviyyəsini daha da artırmağa imkan yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info