“Tert.am”: “Ermənistanda kommunal xidmətlərdə qiymət artımı ciddi narazılığa səbəb olub”
Tarix: 16.01.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Adamlar bilmir ki, yesin, geyinsin, yoxsa evi qızdırsın?”

Bu ölkədə qazın və elektrik enerjisinin qiymətlərinin artması, qışın soyuğu ermənilərin çoxu üçün ciddi problemlərə çevrilib

“Tert.am” saytı Ermənistanda kommunal xidmətlərin həddindən artıq bahalaşması ilə bağlı maraqlı yazı yazıb. Yazıda bildirilir: “Poçt bölmələrinin və ödəmə terminallarının yanında dayanan vətəndaşlardan bu barədə nə baş verdiyini aydınlaşdırmağa çalışdıq. Kommunal xidmətlərin bu qədər bahalaşdığı bir şəraitdə onların bu xidmət haqqını ödəmək gücündə olub-olmadıqlarını öyrənmək üçün araşdırma apardıq. Baqrat adlı bir gənc oğlan belə dedi: “Bir qismini - təxminən 50 min dram ödəmişəm, hələ bu qədər də ödəməliyəm. Amma bu il mən istilik sistemini çıxarmışam, iki qaz sobası qoşmuşam”. O qeyd etdi ki, keçən il istilik sistemi ilə evi qızdırıb və kommunal xidmətlərə 67 min dram ödəyib. Onun sözlərinə görə, bu il qiymət artımına görə istilik sistemini qoşmağa cəsarət etməyib.
Qaza görə 87 min dram ödəyən Aida adlı vətəndaş poçt şöbəsindən narazı halda çıxdı. O dedi: “Dəhşətdir. Ötənilki 42 min dramlıq qiymət iki dəfə artıb, istilik verilişi isə azalıb. Yandırırsan, amma qızmırsan, halbuki sayğacda rəqəmlər yazılır”.
Ötən ay üçün kommunal xidmət ödənişləri demək olar ki, bu xanımın bir aylıq gəlirinə bərabər olub. Qadın deyir: “Təqaüdü ordan alırıq, elə ordan da veririk, gedir”. Qadın onu da dedi ki, qaza görə ödəniş etməyən insanlar doğru edirlər: “İnsanlar bilmirlər ki, yesinlər, geysinlər, yoxsa evi qızdırsınlar? Hökumət hara baxır?”
Daha bir qadın qaza görə 56 min dram ödəyib ki,bu da ötənilkinə nisbətən 15 min dram bahadır. Həmçinin o dedi ki, onsuz da bizdən istifadə edirlər, sonunda ödəməli olacağıq.
Bir kişi isə bildirdi ki, ümumi kommunal xidmət ödənişləri, əsasən də qaza görə ödənişlər 120 min dram təşkil edib. Bu kişi vəziyyəti izah etmək durumunda da deyildi. Bəzi vətəndaşlar daha öncədən poçt bölmələrinin qarşısını kəsdiriblər ki, sanki əvvəlcə ödəməsələr, daha çox ödəməli olacaqlar.

İlkin







 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Erməni qadınların problemləri
16.07.2019
İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı
16.07.2019
Çavuşoğlu Avropaya meydan oxudu: “Aralıq dənizinin şərqində 3 gəmimiz var, dördüncünü də göndərəcəyik”
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info