ANS Şirkətlər Qrupu Prezidenti “2013-cü ilin adamı” elan edib
Tarix: 16.01.2014 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


AzərTAc-ın məlumatına görə, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib.
Dövlət başçısı 2013-cü ildə vətəndaşların böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, “Şahdəniz-2”, Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeyinin yumşalmasına zəmin yaratmasına görə bu ada layiq görülüb. Xatırladaq ki, “İlin adamı” mükafatı 2001-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycanın müstəqilliyi, ölkəmizin inkişafı, beynəlxalq miqyasda müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilən şəxslər layiq görülür.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
01.06.2020
Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub
01.06.2020
Prezident İlham Əliyevlə AIB-nın rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB
01.06.2020
Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək
01.06.2020
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info