Ədəbiyyat İnstitutu beynəlxalq konfranslar keçirəcək
Tarix: 16.01.2014 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun mətbuat xidmətindən bildiriblər ki, iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər barədə məlumat verib. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun 80 illik yubileyi ilə bağlı AMEA rəyasət heyətinin, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin qərarlarını xatırlatmış, yubileyə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb.
Akademik yubiley ərəfəsində işıq üzü görmüş AMEA-nın “Xəbərlər (Humanitar elmlər seriyası)”, “Ədəbiyyat məcmuəsi”, “Ədəbiyyat İnstitutunun nəşrləri. Kitablar” biblioqrafik göstəricisi barədə ətraflı məlumat verib, filologiya üzrə elmlər doktoru Teymur Əhmədovun institutun 80 illik yubileyi münasibətilə çap etdirdiyi “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” monoqrafik nəşrini xüsusi dəyərləndirib. Bildirib ki, yubiley gününədək “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı da işıq üzü görəcək.
Akademik İsa Həbibbəyli Rusiya və Gürcüstan arxivlərindən yeni sənəd və materialların tapıldığını, institutun tarixinə dair çoxsaylı fotoşəkillərin əldə olunduğunu diqqətə çatdırıb, bu materialları əhatə edəcək slaydların hazırlanmasının əhəmiyyətindən danışıb, institutun tarixi salnaməsini əks etdirən həmin materialların qiymətli olduğunu nəzərə çarpdırıb. O, yubiley ərəfəsində yeni şöbələrin yaradıldığını, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlər barədə söhbət açıb.
Yubiley yığıncağının keçirilməsi ilə bağlı təşkilat komitəsinin vəzifələrini müəyyənləşdirən elmi-tədqiqat müəssisəsinin rəhbəri tədbirin yüksək səviyyədə keçirilməsinin təmin edilməsi ilə bağlı tapşırıqlarını verib.
Tədbirdə institutun 80 illik yubileyi ilə bağlı elmi-tədqiqat müəssisəsinin rəmzlərinin əks olunduğu xatirə hədiyyələri və aksessuarlar da nümayiş etdirilib.
Sonra akademik İsa Həbibbəyli 2014-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransların təşkili məsələləri barədə təkliflərini verib.
Elmi şuranın iclasında gündəlikdə duran digər məsələlərə baxılıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info