Vyetnamla əlaqələr güclənəcək
Tarix: 16.01.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın təhsil və təlim naziri Fam Vu Luan ilə görüşüb.
“Palitra”nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Həmçinin Sovet İttifaqı dövründə minlərlə vyetnamlı gəncin Azərbaycan universitetlərində, xüsusilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universitetində təhsil aldığı vurğulanıb, hazırda həmin məzunların Vyetnamın özəl və dövlət sektorlarında müxtəlif vəzifələrdə çalışdığı qeyd olunub.

Bu ənənənin müasir dövrdə də davam etdiyi bildirib və hazırda Vyetnamın "PetroVyetnam" şirkətinin xətti ilə 33 nəfər vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığı diqqətə çatdırıb.

Görüş zamanı tərəflər iki ölkə arasında təhsil sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi üçün təhsil üzrə mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsi, təhsil sərgilərinin təşkil olunması, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulması, təhsil sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info