QKDK-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
Tarix: 16.01.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarının iştirakilə “20 Yanvar faciəsi”nin iyirmi dördüncü ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib. Tədbirin əvvəlində qanlı yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbir iştirakçıları iyirmi dörd il öncə baş vermiş qanlı yanvar hadisələri zamanı azadlığımız üçün canlarından keçmiş hər bir vətəndaşın xatirəsinin qürurla anıldığını bildirərək, həmin gecə baş verən faciənin müstəqil və müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə həkk olunduğunu qeyd etdilər. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet imperiyasının ağır hərbi texnika ilə silahlanmış ordusunun törətdiyi faciəyəyə etiraz olaraq özünəməxsus cəsarət və qətiyyətlə seçilən ümummilli lider Heydər Əliyev tərəfindən sovet rəhbərliyinin siyasətinə öz qəti etirazını bəyan etdiyi vurğulandı. Çıxışçılar tərəfindən məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini faciənin dünya ictimaiyyətinə döğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynadığı bildirildi.
Tədbirin davamında 20 Yanvar hadisələrindən bəhs edən “Müqəddəs məkan” sənədli filmi nümayiş olundu.
Sonda tədbir iştirakçıları şəhidlərimizin parlaq xatirəsini hər zaman əziz tutacaqlarını və qanlı yanvar hadisələrini təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifələrindən biri olduğunu qeyd ediblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info