Robotlar üçün kompyuter şəbəkəsi yaradılıb
Tarix: 16.01.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Alimlər robotlar üçün “RoboEarth” xüsusi kompyuter şəbəkəsi yaradıblar. “BBC”nin məlumatına görə, Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihə üzərində “Philips” şirkəti və Avropanın 5 universiteti işləyib. Əsas məqsəd robotlar üçün xüsusi şəbəkənin – vahid süni beynin yaradılması olub. Layihənin rəhbəri Rene van de Molenqraft deyib ki, robotlar sözügedən şəbəkədə məlumat mübadiləsi edə və bir-birindən öyrənə bilərlər.
İdeyanın əsasını “bulud” serverinin yaradılması təşkil edir, insanlar və robotlar ora istənilən informasiya yerləşdirəcəklər və bundan sonra sonuncu qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün ondan istifadə edə biləcək.
Layihənin yaradıcıları xüsusi yaradılmış xəstəxana palatası nümunəsində sınaqlar həyata keçirmək niyyətindədirlər: robotlar "xəstə"lərə içki verməklə onlara qulluq etməli olacaqlar. Sınaqda dörd robot iştirak edəcək, onlardan biri palatanın sxemini şəbəkəyə yükləyəcək ki, digərləri ondan istifadə edərək otaqda hərəkət edə bilsin. "Əsas problem ondan ibarətdir ki, adətən robotlar bir vəzifəni yerinə yetirirlər və cüzi dəyişikliklər daha əvvəl proqramlaşdırılmış vəzifələrin yerinə yetirilməməsinə səbəb olur – Molenqraft deyib. – Bizim yaratdığımız sistemin köməyi ilə robotlar real vaxt rejimində edilmiş dəyişikliklərə uyğunlaşacaqlar".
İstehsalçılar ümid edir ki, yeni sistemdə işləyə bilən robotlar artıq 10 il sonra satışa çıxarılacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info