“Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək”
Tarix: 16.01.2014 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“Şübhə yoxdur ki, Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcək”.
Bunu ölkəmizdə səfərdə olan Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek bildirib.
J.Gelzek qeyd edib ki, bu onun Azərbaycana ilk səfəri deyildir. Ötən müddət ərzində ölkədə böyük inkişaf baş verib.
Avropa Gimnastika Federasiyasının prezidenti deyib: “Mən Azərbaycana bir neçə dəfə gəlmişəm. Bakıya sonuncu dəfə bir neçə ay əvvəl birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar gəlmişdim. Onda biz Milli Olimpiya Komitəsi ilə danışıqlar aparmışdıq. Hazırkı səfərimin məqsədi Milli Olimpiya Komitəsində görüşlər keçirmək, eləcə də ötən dövrdə baş vermiş dəyişikliklərlə tanış olmaqdır. Heç şübhəm yoxdur ki, Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək”. J.Gelzek Azərbaycanda bədii gimnastikanın güclü inkişafını qeyd edərək bildirib ki, o bu inkişafın axarında gələcəyə inamla baxa bilər: “Bu il Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı da özlüyündə 2015-ci ilin Avropa Oyunlarına hazırlıq hesab olunacaq, eyni zamanda, Azərbaycanda bədii gimnastikanın inkişafına böyük töhfə verəcək”.





 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Messi qərarını verdi
01.06.2020
“Barselon“nın futbolçusu “Mançester Siti“yə keçir
31.05.2020
Koronavirus “Kral klubu“nun əl-ayağını bağladı
31.05.2020
50 milyonluq transfer açıqlandı
31.05.2020
Qadın döyüşçü UFC-də ilkə imza atdı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info