Rusiya XİN: “Avropa ölkələrində insan hüquqlarının müdafiəsi sistemi qüsurludur”
Tarix: 16.01.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“Foreign Policy”: “Rəsmi Moskva hesab edir ki, Avropa İttifaqı ölkələrində özünüifadə və KİV-in sərbəst fəaliyyəti
məhdudlaşdırılır”


“Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqında insan hüquqlarının vəziyyəti ilə bağlı illik hesabatında qeyd edilir ki, Avropada bu sahədə durum çox qaranlıq və çirklidir, qitə ölkələrində nasizm və ksenofobiya baş alıb gedir. 153 səhifəlik hesabatda 28 Avropa ölkəsində insan hüquqlarının qorunması sahəsindəki vəziyyət faktlarla yer alıb.
Avropa İttifaqı ölkələrində baş alıb gedən hüquq pozuntuları sırasında işgəncələr, kütləvi elektron dinləmə, məhbusların həbsxanalarda saxlanma şərtlərinin ağır olması, insan alverinə qarşı mübarizədə uğursuzluq, miqrantlar və qaçqınlara qarşı dözümsüz münasibət göstərilməsi kimi faktlar yer alıb.

“Avropa İttifaqı ölkələrində baş alıb gedən hüquq pozuntuları sırasında işgəncələr, kütləvi elektron dinləmə, məhbusların həbsxanalarda saxlanma şərtlərinin ağır olması, insan alverinə qarşı mübarizədə uğursuzluq, miqrantlar və qaçqınlara qarşı dözümsüz münasibət göstərilməsi kimi faktlar yer alıb”

Ən əsas pozuntu kimi isə azad söz, fikir, düşünə azadlığının pozulması qeyd edilib”. Bu fikirlər Birləşmiş Ştatların “Foreign Policy” nəşrində çap edilən məqalədə yer alıb. Müəllif Hanna Kozlovska yazır ki, Rusiya Xarici İşlər Nazirliyi əsas hüquq pozuntularının yaşandığı ölkələr kimi Britaniya, Belçika, Niderland, o cümlədən rusların kompakt yaşadığı Latviya, Litva və Estoniyanın adlarını qeyd edib. Hesabatda vurğulanır ki, Baltikyanı ölkələrdə ruslara çox pis münasibət göstərilir. Rusiya XİN hesab edir ki, Avropa ölkələrində insan hüquqlarının ciddi şəkildə pozulması faktları ötən il ərzində də davam edib. “Foreign Policy” yazır: “Rusiya XİN hesab edir ki, Avropa İttifaqı ölkələrinin ciddi şəkildə məşğul olmalı olduğu məsələ ksenofobiya və irqi düşmənçilikdir. “Nasizm” kəlməsi hesabatda 24 dəfə təkrar edilir. Qeyd edilir ki, nasizm ideologiya kimi Almaniya, Avstriya, İsveç, İtaliya və Macarıstan kimi ölkələrdə yenidən canlanıb. Regiondakı ictimai rəy bu problemi lazımi qədər qiymətləndirmir. Nasizmin yenidən dirçəlməsinin sosial-siyasi əsası kimi iqtisadi-maliyyə böhranı, eləcə də miqrasiyanın artan tempi çıxış edir. Etnik azlıqlara, xüsusilə qaraçılara qarşı diskriminasiya təhlükəli həddə çatıb”. Məqalədə qeyd edilir ki, nasizmin dirçəlməsi ilə bağlı şişirtmələri çıxmaq şərti ilə iradların əksəriyyəti doğrudur. Sadəcə “Foreign Policy” hesab edir ki, Rusiyanın özündə insan hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də yaxşı deyil və bu vəziyyətdə Moskvanın Avropaya irad bildirməyə haqqı yoxdur. Yazıda vurğulanır ki, cinsi azlıqların hüquqları ilə bağlı məsələdə ziddiyyətli məqamlar var. Bəziləri hesab edir ki, cinsi azlıqlarla bağlı məsələ insan hüquqlarına aid deyil: “Rusiya tərəfinin yanaşmasına görə, bir çox Avropa dövləti aqressiv şəkildə cinsi azlıqların hüquqları ilə bağlı məsələni irəli sürərək, digər dövlətlərdə homoseksualizm və eynicinsli nikahların qanuniləşdirilməsinə, bunu həyat normasına çevirməyə, təbii sosial hadisə kimi təqdim etməyə çalışırlar. Rusiya XİN hesab edir ki, Almaniya qanunvericiliyində bu məsələyə yanaşma diskriminasiya meyilləri var, alman cəmiyyəti isə tam tolerantdır. Rusiyanın əsas tənqidləri insan hüquqlarının pozulması ilə bağlıdır. Rəsmi Moskva hesab edir ki, Avropa İttifaqı ölkələrində özünüifadə və KİV-in sərbəst fəaliyyəti məhdudlaşdırılır. Hesabat müəllifləri Avropa ölkələrini vətəndaşları kütləvi şəkildə elektron izləmədə, məhbuslar üçün həbsxanalarda lazımi şərait yaratmamaqda ittiham edir. Avropa İttifaqı bu sahədə vəziyyəti düzəltmək üçün hələ çox iş görməlidir. Rusiya XİN hesab edir ki, Avropa İttifaqı ölkələrində insan hüquqlarının müdafiəsi sistemi qüsurludur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info