“Tert.am”: “Ermənistanda kommunal xidmətlərdə qiymət artımı ciddi narazılığa səbəb olub”
Tarix: 16.01.2014 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Adamlar bilmir ki, yesin, geyinsin, yoxsa evi qızdırsın?”

“Tert.am” saytı Ermənistanda kommunal xidmətlərin həddindən artıq bahalaşması ilə bağlı maraqlı yazı yazıb. Yazıda bildirilir: “Poçt bölmələrinin və ödəmə terminallarının yanında dayanan vətəndaşlardan bu barədə nə baş verdiyini aydınlaşdırmağa çalışdıq. Kommunal xidmətlərin bu qədər bahalaşdığı bir şəraitdə onların bu xidmət haqqını ödəmək gücündə olub-olmadıqlarını öyrənmək üçün araşdırma apardıq. Baqrat adlı bir gənc oğlan belə dedi:
“Bir qismini - təxminən 50 min dram ödəmişəm, hələ bu qədər də ödəməliyəm. Amma bu il mən istilik sistemini çıxarmışam, iki qaz sobası qoşmuşam”. O qeyd etdi ki, keçən il istilik sistemi ilə evi qızdırıb və kommunal xidmətlərə 67 min dram ödəyib. Onun sözlərinə görə, bu il qiymət artımına görə istilik sistemini qoşmağa cəsarət etməyib.

Bu ölkədə qazın və elektrik enerjisinin
qiymətlərinin artması, qışın soyuğu ermənilərin çoxu üçün ciddi problemlərə çevrilib


Qaza görə 87 min dram ödəyən Aida adlı vətəndaş poçt şöbəsindən narazı halda çıxdı. O dedi: “Dəhşətdir. Ötənilki 42 min dramlıq qiymət iki dəfə artıb, istilik verilişi isə azalıb. Yandırırsan, amma qızmırsan, halbuki sayğacda rəqəmlər yazılır”.
Ötən ay üçün kommunal xidmət ödənişləri demək olar ki, bu xanımın bir aylıq gəlirinə bərabər olub. Qadın deyir: “Təqaüdü ordan alırıq, elə ordan da veririk, gedir”. Qadın onu da dedi ki, qaza görə ödəniş etməyən insanlar doğru edirlər: “İnsanlar bilmirlər ki, yesinlər, geysinlər, yoxsa evi qızdırsınlar? Hökumət hara baxır?”
Daha bir qadın qaza görə 56 min dram ödəyib ki,bu da ötənilkinə nisbətən 15 min dram bahadır. Həmçinin o dedi ki, onsuz da bizdən istifadə edirlər, sonunda ödəməli olacağıq.
Bir kişi isə bildirdi ki, ümumi kommunal xidmət ödənişləri, əsasən də qaza görə ödənişlər 120 min dram təşkil edib. Bu kişi vəziyyəti izah etmək durumunda da deyildi. Bəzi vətəndaşlar daha öncədən poçt bölmələrinin qarşısını kəsdiriblər ki, sanki əvvəlcə ödəməsələr, daha çox ödəməli olacaqlar.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info