ATƏT sədri: “Tərəflərin istəyi olmasa, münaqişələrin həlli mümkün deyil”
Tarix: 16.01.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Bu il ATƏT-də sədrliyi qəbul edən İsveçrə öz prioritetlərini açıqlayıb. İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter ATƏT-in Daimi Şurasında çıxış edib. O bildirib ki, sədrlik çox böyük məsuliyyətdir və İsveçrə 2014-cü ildə əsas diqqətini ATƏT məkanında təhlükəsiz və stabil cəmiyyət yaratmağa yönəldəcək.
D. Burkhalter “dondurulmuş” münaqişələrin həllinə toxunub: “Biz hamımız bu münaqişələrin ədalətli və uzunmüddətli həlli üçün məsuliyyət daşıyırıq. Biz bilirik ki, münaqişələrin həllinə bir gecədə nail olmaq mümkün deyil. Tərəflərin bunun üçün istəyi olmasa, nəticə əldə edilməyəcək. Yalnız oturub baxaraq münaqişələri həll etmək olmaz. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir neçə müsbət işarələr olub, yüksək səviyyədə təmaslar intensivləşib. Təmas xəttində insidentlər isə hələ də narahatlıq doğurur. Biz hamımız bilirik ki, sülhə aparan yol uzundur. İsveçrə həmsədrlərin səylərini, Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri və ekspertləri arasında görüşlərin keçirilməsini dəstəkləyəcək”. D. Burkhalter əlavə edib ki, fövqəladə halların idarə olunması, kiber məkanda etimad yaradılması və kiber cinayətkarlıq, insan alveri, işgəncələrə qarşı mübarizə də ölkənin ATƏT-də sədrliyi dövründə əsas prioritetləri olacaq. Onun sözlərinə görə, sədrliyin daha effektli olması üçün İsveçrə əvvəlki və gələcək sədrlər - Ukrayna və Serbiya ilə sıx əməkdaşlıq etmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info