Zərdabda daha iki kənd təbii qazla təmin olunub
Tarix: 16.01.2014 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Zərdab rayonunun daha iki kəndi təbii qazla təmin olunub. “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu gün Zərdab rayonunun Gəlmə və Salahlı kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib.
Mərasimində rayon ictimaiyyətinin nümayəndələri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçisi Araz Ağayev iştirak edib. Bildirilib ki, kəndlərdə 35 500 poqonometr daşıyıcı və paylayıcı xətt çəkilib, Gəlmə kəndində 447, Salahlı kəndində 93 olmaqla - cəmi 540 evə sayğac quraşdırılıb. Mərasimdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov icra başçısı adından hər iki kəndin sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edərək bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək rayonun 6 yaşayış məntəqəsinə təbii qaz verilib. Artıq bu gün 8-ci yaşayış məntəqəsi təbii qazla təmin edilib. Hazırda rayonun digər yaşayış məntəqələrinə də qaz xəttinin çəkilişi davam etdirilir. Kənd sakinləri çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Şahin Seyidzadə seçicilərlə növbəti onlayn görüş keçirib
28.05.2020
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib
28.05.2020
Yeni qadağa: Bu şəxslər avtobusa buraxılmayacaq
27.05.2020
Məhərrəm ayı bu tarixdə başlayacaq
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info