Bakı metrosunda bir sıra yeniliklər tətbiq olunacaq
Tarix: 16.01.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Bakı Metropolitenindəki yeni xətlərdə enerji təchizatı, mikroiqlim şəraiti və idarəetmə fərqli olacaq. Metropolitendən verilən məlumata görə, Bakı Metropoliteninin perspektiv inkişaf planının birinci beşillik dövlət proqramına əsasən inşa edilən yeni xətlərdə və stansiyalarda tətbiq olunacaq bir sıra yeniliklərlə əlaqədar müzakirə aparılır, mütəxəssislərin fikir və təklifləri dinlənilib. Qəbul edilmiş qərara əsasən, yeni xətlərdə fərqli enerji təchizatı və idarəetmə sistemi tətbiq olunacaq, stansiyaların mikroiqlim şəraiti isə perspektiv də nəzərə alınmaqla, müasir sistemlərlə təchiz ediləcək.
Tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcək. Bu xətlərə 35 kV-luq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcək. Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılıb. Artıq layihələndirmə işləri də tamamlanıb. Bu yarımstansiyalar 75 metro stansiyasını qidalandırmaq gücünə hesablanıb. Bununla da metropolitenin enerji təchizatı etibarlılığını daha da artıracaq. Onların mövcud 10 kV-luq yarımstansiyalardan fərqi məhz daha etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi olmasındadır. Bu, ilk növbədə, hər stansiyanın şəhər elektrik mənbələrindən bir-birindən asılı olmayan 2-3 kabel xəttinin çəkilməsinə ehtiyacı aradan qaldırır.
Vacib məsələlərdən biri elektrik enerjisinin verilişi kəsilərkən tunellərdə qalmış qatarların stansiyalara çıxarılması və sərnişinlərin boşaldılmasıdır. Yeni tipli elektrik yarımstansiyalar bu problemi aradan qaldıracaq. Stansiyalarda qurulacaq dartı və azaldıcı, tunellərdə isə dörd ventilyasiya şaxtası üzərində qurulacaq 35 kV-luq yarımstansiya bu problemi qəti həll edəcək.
Yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sulu (çiller) sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması nəzərdə tutulub. O, sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsilə təmin ediləcək. Bununla da sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşacaq.
Yeni tikilən xətlərdə qatar hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaq. Bu mənada qatarların radiokanal vasitəsilə idarə olunması və mikroprosessor mərkəzləşmə müasir dünyada aparıcı sistemlərdir. Yeni sistemin üstün cəhətləri iritutumlu avadanlıqların kiçikölçülü mikroprosessor və digər elektron analoqları ilə əvəzlənməsindən ibarətdir. Nəticədə avtomatlaşdırılmış iş yerlərinin yaradılması müasir əsaslardan irəli gələrək daha səmərəli olacaq və xeyli asanlaşacaq. Avadanlıqların həcmi az olsa da, kompyuter bazasında təşkil edildiyindən onun məhsuldarlığı, səmərəsi əvvəlkilərdən qat-qat yüksəkdir. Yeni sistemlərin köməyi ilə həm də qatarların yerinin təyin olunması, sürətə nəzarət və s. kimi məsələlər qəti həllini tapacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info